Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I hesabat-seçki konfransı keçirilib
14 Nov 2017
Noyabrın 14-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilib.
Konfransda Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant
Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional
Şurasının vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev, nazirliyin
aparatının idarə rəisləri, qurumlarının və regional mərkəzlərinin rəhbərləri,
sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və nazirliyin aparatı
və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrində keçirilmiş
konfranslarda seçilmiş nümayəndələr iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar
İttifaqının sədri Mehman İsmayılov hesabat-seçki konfransının işini açıq elan
edib.
Konfransın gündəliyi təsdiq olunduqdan sonra konfransın işini idarə
edəcək mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunaraq
konfransın gündəliyində duran ilk məsələ-Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı sədrinin hesabat məruzəsi dinlənilib.
İttifaqın sədrinin hesabat məruzəsi ilk olaraq ötən dövr ərzində həmkarlar
ittifaqının fəaliyyətini əhatə edən video-çarx ilə başlanıb və Mehman
İsmayılovun çıxışı ilə davam edibdir.
Konfransda Azərbaycan Həmkarlar
İttifaqları Konfedrasiyasının sədri Səttar Möhbalıyev çıxış edərək FHN işçilərinin
Həmkarlar ittifaqının yarandığı gündən bu dövrə qədərki fəaliyyətinə nəzər
salaraq konfransın işini yüksək qiymətləndirib, fəaliyyətlərində uğurlar
arzulayıb.
Fövqəladə Hallar Nazirinin
müavini general-leytenant Etibar Mirzəyev çıxış edərək Fövqəladə Hallar
Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qısa zaman ərzində gördüyü işlərin əhəmiyyətindən
danışıb, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Daha sonra həmkarlar ittifaqının Təftiş komissiyasının hesabatı dinlənilib.
Təftiş komissiyasının hesabatı bitdikdən sonra konfrans məruzə ətrafında
çıxışlarla davam edib. Çıxış edənlər Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar
İttifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini irəli sürüblər.
Həmçinin 2018-ci ilin fevral ayında
keçirilməsi planlaşdırılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
V qurultayında Konfederasiyanın sədrliyinə yenidən millət vəkili Səttar
Möhbalıyevin namizədliyininin irəli sürülməsini dəstəklədiklərini bildiriblər.
Konfrans iştirakçıları tərəfindən yekdilliklə
namizədliyi irəli sürülmüş Mehman İsmayılov Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar
İttifaqının yenidən sədri seçilib.