“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli,
Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli,
Dərzili kəndlərini, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik,
Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli
kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan
Ordusuna! Qarabağ Azərbaycandır!”
Bunu Azərbaycan Prezidenti İlham Əliyev
“Twitter” hesabında yazıb.