AZ | RU | EN
AZ | EN | RU

Gənclər həmrəylik gününü birlikdə qeyd etdilər

26 Dec 2019

Dekabrın 26-da Bakı Biznes Mərkəzində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ali məktəb tələbələri üçün təşkil etdiyi ədəbi gecə keçirilib. 

Gecədə Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qısa giriş sözü söyləyib. O, AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb və sonra həmrəylik gününün tarixi və əhəmiyyəti barədə məlumat verib.
 M. Cəfərzadə tələbə-gənclərə həmkarlar ittifaqının göstərdiyi qayğıdan da söz açıb. Deyib ki, işimizin əsasında tələbələrin mükəmməl bilik qazanmasına, vətənpərvər vətəndaş kimi formalaşmasına, istirahətinin, əyləncəsinin təşkilinə və sağlam həyat tərzi yaşamasına yardımçı olmaq missiyası durur. O, tələbə-gəncləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.
20 ali məktəbin 120 tələbəsinin qatıldığı tədbir xoş əhvali-ruhiyyə ilə başa çatıb. Gecədə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov da iştirak edib.

FAYDALI KEÇİDLƏR