"Gender bərabərliyi və qadın problemləri" mövzusunda seminar
18 Jun 2010
Z.Bünyatova iştirakçıların nəzərinə çatdırmışdır ki, bizim işimizin mərkəzində qadınlarımızın hüquqi cəhətdən maarifləndirilməsi durmalıdır. Çünki Azərbaycan qadınlarının mənafelərini qoruyan kifayət qədər hüquqi baza var.Zenfira xanım onu da diqqətə çatdırmışdır ki, həmkarlar ittifaqı işçi qadınların sosial vəziyyətlərini yüksəltmək, əmək şəraitini yaxşılaşdırmaq baxımından çox iş görə bilər. Həmkarlar İttifaqları təşkilatlarının bilavasitə təkidi nəticəsində təkcə 2010-cu ildə 11 nəfər işə bərpa olunmuşdur ki, onlardan da 4-ü qadınlardır.
Z.Bünyatova qadın problemlərinin həllində səhlənkarlıq göstərən və ya işini bu istiqamətdə səmərəli qura bilməyən sahə Hİ təşkilatlarını tənqid etdi və onları işlərində dönüş yaratmağa çağırdı.
Seminarda həmçinin AHİK-in mütəxəssisi Elmira Allahverdiyeva, Respublika Komitəsinin əməyin baş hüquq müfəttişi Vaqif Məhərrəmov, əməyin baş texniki müfattişi Əliş İbrahimov çıxış etmişlər.
Seminarın işinə sahə Hİ Bakı şəhəri və rayon komitələrinin, gender bərabərliyi və qadın problemləri üzrə komissiyaların sədrləri cəlb edilmişdir.