"HAK-İŞ" Həmkarlar İttifaqları Konfederasiyasının XIV Qurultayı keçirilib
11 Jul 2019
Bir millət, iki dövlət olaraq Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri həmkarlar ittifaqları sistemində də özünü göstərməkdədir.
Dostluğumuzun davamlılığı və yaranmış qarşılıqlı inam iki ölkə
həmkarlar ittifaqlarının və işçilərinin xeyrinə olmaqla yanaşı sıx əlaqələr
qurulmasına xidmət edir. Həmkarlar ittifaqlarının nümayəndə heyətlərinin təşkilatların
qurultaylarında qarşılıqlı iştirakları, onun rəhbərlərinin mütəmadi görüşləri
bu dostluğu daha da gücləndirir.
Ölkə rəhbərləri - Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında olan
şəxsi dostluq münasibətləri hər iki ölkənin həmkarlar ittifaqlarının rəhbərləri
arasında yaranmış dostluq və qardaşlıq əlaqələrinə də güclü təkan verir.
İyulun 10-da Türkiyənin paytaxtı Ankara şəhərində «Əmək,
demokratiya, azadlıq, ədalət» şüarı ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın da iştirak etdiyi «Hak-iş» Həmkarlar İttifaqları
Konfederasiyasının XIV qurultayında AHİK-in sədri, millət vəkili S.Möhbalıyevin
rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Qurultayda Rəcəb Tayyib
Ərdoğanın Azərbaycan nümayəndə heyəti ilə, onun rəhbəri AHİK-in sədri, millət vəkili
Səttar Möhbalıyevlə səmimi görüşməsi bizim ölkələrin dostluq və qardaşlığının sübutunun
bariz nümunəsidir.