AZ | RU | EN

Hər kəsin qayğısına qalan bir Avropaya doğru

23 Apr 2020

Aprelin 23-də Avropa Şurasının videokonfrans bağlantısı ərəfəsində Qitənin aparıcı vətəndaş cəmiyyəti institutlarının böyük bir qrupu toplaşaraq  COVİD-19 böhranından sonrakı vəziyyəti müzakirə ediblər. 

Daha sonra bəyanat qəbul olunub.  Avropa həmkarlar ittifaqları və həmkarlar ittifaqları federasiyaları adından bəyanatı Avropa Həmkarlar İttifaqları Konfederasiyası imzalayıb.
Bəyanatdakı bəzi əsas məqamlar bunlardır:
- İnfeksiyanın qarşısını almaq, insan həyatını xilas etmək və pandemiyanın davam edən təsirini minimuma endirmək üçün həmrəyliyə əsaslanan inteqrasiya strategiyasını yaratmaq. Buraya COVİD-19 üçün hazırlanmış hər hansı bir peyvəndin və ya müalicənin hamı üçün əlverişli  olması və dərman sənayesinin qazancını səhiyyədən üstün qoyan patent qaydalarına yenidən baxılması tələb edilməlidir.
- Fövqəladə hallarda məhdudlaşdırıcı tədbirlərin yalnız pandemiyaya qarşı mübarizə üçün nəzərdə tutulmasını təmin etmək, zamanla məhdudlaşmasını, qanunun aliliyi prinsipinə cavab verməsini və Aİ-nin fundamental dəyərləri ilə uyğun olmasını təmin etmək. Eyni zamanda dialoq aparmaq və mütəşəkkil bir vətəndaş cəmiyyətini qorumaq lazımdır.
- Avropada sərt iqtisadiyyat erasına son qoymaq, qeyri-bərabərlik problemlərinin həllinə üstünlük verən və insanların rifahına sərmayə qoyan makroiqtisadi bazanın yaradılması, həmçinin bizi dəstəkləyən ətraf mühitin qorunması üzərində işləmək. Xilasetmə və bərpa tədbirlərinin ödənilməsinə kömək etmək üçün  iri şirkətlər və fərdlərə vergi güzəştləri tətbiq etmək.
- İşçilərin hüquqlarının və məşğulluğun qorunmasının möhkəmləndirilməsi, insanların gəlirlərinin dəstəklənməsi və əmək bazarından kənarda qalanların müdafiəsi üçün tədbirlər görmək. Bütün tədbirlər Avropadakı və AB-nin tərəfdaş ölkələrindəki vəziyyətə əsaslanmalıdır. Xüsusilə səhiyyə işçiləri, qulluqçuluq edən və qeyri-standart məşğulluq şəraitində çalışan, əksəriyyəti qadınlar olan işçiləri nəzərə almaq lazımdır.
- Qlobal səviyyədə səhiyyə sistemini və insanları dəstəkləmək.Yaşayış yerindən, irqindən, milliyyətindən, dilindən və digər amillərdən asılı olmayaraq hamını əsas xidmətlərlə təmin etmək.