AZ | RU | EN
AZ | EN | RU

Türkiyənin "Hizmet-İş" sendikasının nümayəndə heyəti AHİK rəhbərliyi tərəfindən qəbul edilmişdir

25 Jun 2010

Qonaqları səmimi sözlərlə qarşılayan S. Mehbalıyev iki qardaş ölkənin həmkarlar ittifaqı təşkilatlarının dostluq və əməkdaşlıq hiz-2münasibətlərinin möhkəm və sarsılmaz əsaslar üzərində qurulduğunu demişdir.

Konfederasiya sədri daha sonra bildirmişdir ki, Azərbaycan həmkarlar ittifaqlarının ətrafında 1 milyon 600 min nəfər birləşir. Biz bu qədər insanın sosial-iqtisadi mənafeyinin müdafiəsində durmağı özümüzün vəzifə borcumuz sayırıq. Əmək qanunvericiliyinin təkmilləşdirilməsini, işçilərə xidmət sahəsində yaranan problemlərin həllini daim diqqət mərkəzində saxlayırıq. Hökumətlə, işəgötürənlərlə bağladığımız üçtərəfli Baş Kollektiv Sazişdə işçilərinin əmək hüquqlarının müdafiəsi əsəs yer tutur.

Sonda sədr ölkəmizdə aparılan quruculuq işlərindən, sosial-iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş dövlət tədbirlərindən danışmışdır. O, Respublika Prezidentinin həmkarlar ittifaqlarının inkişafına göstərdiyi qayğı, həmkarlar ittifaqlarının səlahiyyətlərinin artırılması ilə bağlı ölkənin qanunvericilik aktlarına edilmiş əlavə dəyişikliklər haqqında qonaqlara məlumat vermişdir.

"Hizmət-İş" sendikasının maliyyə məsələləri üzrə baş katibi Metin Eser Azərbaycanda həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti üçün yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Ölkələrimizin və onların təmsil etdikləri həmkarlar ittifaqlarının bundan sonra da dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənəcəyinə inandığını vurğulayan qonaq, səmimi qəbula görə S. Mehbalıyevə təşəkkürünü bildirmişdir.

ПОЛЕЗНЫЕ ССЫЛКИ