AZ | RU | EN
AZ | EN | RU

“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

19 Jul 2012

“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226, № 5, maddə 379; 2001, № 11, maddələr 676, 683; 2004, № 6, maddə 397; 2005, № 1, maddə 5, № 8, maddə 684; 2006, № 11, maddə 922; 2007, № 5, maddə 437, № 11, maddə 1049; 2010, № 3, maddə 171) 20-ci maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür.”.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2012-ci il.

FAYDALI KEÇİDLƏR