Həmkarlar ittifaqları işçilərinə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi döş nişanı” təqdim edilmişdir
24 Apr 2013
Bildirmişdir ki, qanunvericiliyimizdə işçilərin hüquqlarının qorunması istiqamətində bir sıra mühüm dəyişikliklər edilmişdir.
Səttar Mehbalıyev vurğulamışdır ki, AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən, həmkarlar ittifaqının 132 nəfər üzvü sosial-iqtisadi hüquq və mənafelərin təmin olunması istiqamətində gördükləri işlərə və həmkarlar ittifaqının fəaliyyətində yaxından iştiraklarına görə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi döş nişanı”na layiq görülmüşdür.
Sonra döş nişanları sahiblərinə təqdim edilmişdir.
Mükafat alanlar çıxış edərək həmkarlar ittifaqları işçilərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.