AZ | RU | EN
AZ | EN | RU

İcraiyyə Komitəsinin iclası keçirilib

06 Nov 2018

Noyabr ayının 6-7-də Belçikanın Brüssel şəhərində Avropa İctimai Xidmətlər üzrə Həmkarlar İttifaqları Federasiyasının (EPSU) İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib.

İclasda EPSU-nun növbəti Konqresinin 2019-ci ilin iyul ayında İrlandiyanın Dublin şəhərində keçiriləcəyi təsdiqlənib. Konqresə hazırlıq məqsədilə oktyabrın 25-də qəbul olunmuş “Fəaliyyət Proqramı” təsdiq edilib.
“İş saatı” haqqında yeni qanunu və sosial təminat orqanlarını zəiflədən təklifləri ləğv etmək üçün davamlı mübarizə aparan üzv təşkilatlar dəstəklənib.
EPSU-nun Baş katibi Yan Villyam Qudrian bu qurumun prezident vəzifəsinə öz namizədliyini irəli sürüb.
İclasda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova və beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Zaur Həmidov iştirak ediblər.

 

FAYDALI KEÇİDLƏR