Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
05 Apr 2019
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibinin seçilməsi ilə bağlı təsis iclası keçirilib.
İclasa
sədrlik edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov həmkarlar
ittifaqının cəmiyyətdəki rolu, yeni formalaşdırılan qurumun məqsəd və vəzifələri
barədə məlumat verib.
İclasda təşkilati məsələlərə baxılıb, 7 nəfərdən
ibarət İdarə Heyətinin, o cümlədən 3 nəfərdən ibarət təftiş komissiyasının yeni
tərkibi müəyyənləşdirilib.
Nazirliyin Fermerlər, assosiasiyalar və
kooperativlərlə iş şöbəsinin baş məsləhətçisi Fuad Məmmədov Kənd Təsərrüfatı
Nazirliyi Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri, İnsan resurslarının
idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov isə həmkarlar ittifaqı
komitəsinin sədr müavini seçiliblər.
İclasda çıxış edənlər həmkarlar ittifaqının
əmək münasibətlərinin tənzimlənməsində rolundan, işçilərin əmək hüquqlarının
qorunması, iqtisadi və sosial mənafelərinin təmin olunmasında əhəmiyyətindən
danışıblar.