AZ | RU | EN
AZ | EN | RU

İkitərəfli əlaqələrin təməli qoyuldu

26 Nov 2019

“Türkiyənin “Basisen Banka-Finans ve Sigorta İşçileri Sendikası”nın dəvəti ilə “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının (HİF) vitse- prezidenti Xəyyam Nəsibovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 26-29-da İstanbul şəhərində işgüzar səfərdə olmuşdur. 

Səfər çərçivəsində nümayəndə heyəti “Basisen Banka-Finans ve Sigorta İşçileri Sendikası”nın Genel başkanı Metin Tiryakioğlu və sendikanın digər məsul şəxsləri ilə görüşmüşdür. X.Nəsibov Sendikanın kollektivinə, başda Metin Tiryakioğlu olmaqla, “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının prezidenti İlyas Əliyevin salamlarını çatdırmışdır.
Sendikanın baş ofisində keçirilmiş görüşdə hər iki təşkilatın fəaliyyəti barədə geniş məlumat verilmiş, bu ilk görüşün təşkilatlar arasında gələcək faydalı əməkdaşlığa zəmin yaradacağı qeyd edilmişdir.

X.Nəsibov bu səfərin baş tutmasında sendikanın başkanı Metin Tiryakioğlunun və beynəlxalq əlaqələr departamentinin rəhbəri Meral Günençin rolunu xüsusi vurğulamışdır. Onlara xatirə hədiyyələri təqdim etmişdir.
M. Tiryakioğlu bu ilk əlaqəni yüksək dəyərləndirərək, onun tarixi əhəmiyyət daşıdığını bildirmişdir. O, gələn ilin əvvəllərində Bakıya səfər edəcəyinə söz vermişdir. Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkdirildi.
Növbəti görüş “Türk-İş” Sendikasının İstanbul şöbəsinin qərargahında baş tutdu. Sendikanın İstanbul bölgə təmsilçisi Adnan Uyar qonaqları səmimi salamladı. Dedi ki, Türkiyə və Azərbaycan həmkarlar ittifaqları arasında sıx əlaqə var. AHİK sədri hörmətli Səttar Möhbalıyev bu əlaqələrin təşəbbüskarı və təşkilatçısı olaraq türkiyəli həmkarlarının böyük sevgisini qazanmışdır. İnanıram ki, bu gün təməlini qoyduğumuz sahələrarası əməkdaşlığın da hər iki tərəf üçün faydalı gələcəyi olacaqdır.

Sonra tərəflər arasında məlumat mübadiləsi aparıldı.
Qonaqlar daha sonra “Türkiye İş Bankası”nın baş şöbəsində oldular. Şöbənin müdiri Tolga Achim Müller qonaqları bank işçiləri ilə tanış etdi, ikitərəfli əməkdaşlığın mümkünlüyü barədə danışıldı.
Səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində “Stonpey Kommersial Konstruktion” şirkətinin direktor müavini Rüfət Cəfərov, “AccessBank” QSC-nin mikro və pərakəndə müştərilər üzrə direktoru, həmkarlar ittifaqı komitəsinin sədri Yaşar Soltanov və “TuranBank” ASC-nin əməliyyat departamentinin direktoru, həmkarlar ittifaqı komitəsinin sədri Kəmalə Mustafayeva olmuşlar.

FAYDALI KEÇİDLƏR