AZ | RU | EN
AZ | EN | RU

AHİK sədri İstanbulda Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edib

11 May 2016

Türkiyənin İstanbul şəhərində  Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətiylə tədbir keçirilib.

Sarıyer rayonundakı Heydər Əliyev adına parkda keçirilən tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev ulu öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi yolunda gördüyü işlərdən danışıb. Heydər Əliyevin apardığı siyasət nəticəsində Türkiyə-Azərbaycan münasibətlərinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyinə diqqəti cəlb edən baş konsul mart ayında Ankarada baş vermiş terror hadisəsində prezident İlham Əliyevin Türkiyəyə verdiyi dəstəyin ikitərəfli münasibətləri yeni bir mərhələyə daxil etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev Azərbaycanın inkişafında Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına dair qətnamələrin yerinə yetirilməməsinə görə başda BMT Təhlükəsizlik Şurası olmaqla beynəlxalq təşkilatları tənqid edən S. Mehbalıyev bildirib ki, qəbul edilən qərarların icrasında qətiyyət göstərilmir.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev tədbirdəki çıxışında Heydər Əliyevin Azərbaycan qarşısındakı tarixi missiyasını XX əsrin dünya miqyaslı liderləriylə müqayisə edib. Asəf Hacıyev deyib ki, məhz Heydər Əliyevin yürütdüyü strategiyalar sayəsində bu gün Türkiyə ilə Azərbaycan dünyada əmsalına az rast gəlinən dostluq və qardaşlıq münasibətlərinə malikdir.
Tədbir iştirakçıları Türkiyə Cümhuriyyətinin qurucusu  Mustafa Kamal Atatürkün eyni  ərazidə yerləşən büstünün önünə əklillər qoyublar.

FAYDALI KEÇİDLƏR