AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilmişdir

21 Jul 2011

 

Tədbiri giriş sözü ilə açan AHİK-in sədri, millət vəkili S.Mehbalıyev  22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək demişdir ki, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən «Əkinçi» qəzetinin yaranması ilə Azərbaycan mətbuatının əsası qoyulmuşdur. Milli mətbuatımızın 136-ci ildönümü münasibətilə sizi və  sizin simanızda bütün mətbuat, televiziya və   radio işçilərini  təbrik edir,  uzun ömür,cansağlığı arzu edirəm.

Bildiyiniz kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mətbuata həmişə diqqət və qayğı ilə yanaşmışdır. Bu gün də bu ənənə Azərbaycan dövlətinin başçısı cənab İham Əliyev tərəfindən davam etdirilir.Onun mətbuatın inkişafı ilə bağlı verdiyi Fərman və Sərəncamlar mətbuatın inkişafına böyük təkan vermişdir.

Konfederasiya sədri bildirmişdir ki, AHİK bir əsrdən çox tarixi olan bir təşkilatdır. Bu təşkilatın müstəqillik əldə edildikdən sonra formalaşmasında Azərbaycan mətbuatının,  informasiya agentliklərinin çox böyük zəhməti olmuşdur. Bu təşkilatın yaradılması prosesinin işıqlandırılmasında , Azərbaycan vətəndaşlarına çatdırılmasında qəzetlərin, agentliklərin, televiziyanın danılmaz xidmətləri vardır.  Mən düşünürəm ki,  Azərbaycanda ən çətin, məsuliyyətli peşənin sahibləri yaradıcı işçilər, mətbuat işçiləridir.

Ümumiyyətlə Azərbaycan xalqının və millətinin formalaşmasında KİV-lərin danılmaz  xidmətləri vardır.  İstər qəzet, istərsə də radio və televiziya istənilən evə daxil olur. Hər bir vətəndaş  KİV-lərdən bu və ya başqa formada istifadə edir. Dövlətin, həmkar ittifaqıarının və digər sahələrin inkişafında mətbuatın  böyük xidmətləri vardır.

AHİK sədri daha sonra tədbirdə iştirak edən mətbuat təmsilçilərinin  həmkarlar ittifaqlarının fəaliyyətinin işıqlandırılmasında müstəsna xidmətlərini xüsusilə vurpulamışdır. Demişdir ki, onlar həmkarlar ittifaqlarının fəaliyyətini ictimaiyyətə qərəzsiz, obyektiv çatdırırlar. O,öz əminliyini bildirmişdir ki, bizim əlaqələrimiz bundan sonra da işgüzar şəkildə davam edəcək və insanların sosial və əmək hüquqlarının qorunmasında, problemlərinin işıqlandırılmasında media işçilərinin böyük rolu olacaqdır.  Konfederasiya sədri onu da demişdir ki, biz həmkarlar təşkilatı olaraq  həmkarlar haqqında  obyektiv, faktlara söykənən tənqidi yazıların yazılmasına tərəfdarıq, bunu alqışlayırıq. Ancaq gərək tənqid qərəzsiz, xeyirxah niyyətıə yazılmış olsun. Bizim də səhvlərimiz ola bilər. Bu səhvləri bizə düzgün çatdırsanız, , biz də bu yolla nöqsanlarımızı aradan qaldırarıq! 

S.Mehbalıyev tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, Konfederasiyanın İcraiyyə Komitəsi  bir qrup mətbuat işçisinin  AHİK-in Fəxri Fərmanı  və  pul mükafatı ilə mükafatlandırılması haqqında qərar qəbul etmişdir. Eyni zamanda onu da vurğulamışdır ki, həmkarlar ittifaqlarının həyatından yazan jurnalistlər arasında yazı müsabiqəsinin keçirilməsi haqqında da qərar qəbul edilmişdir.  Müsabiqəyə  həmkarlar haqqında ən yaxşı yazılar qəbul ediləcəkdir. Müsabiqədə üç  I yerə  1000 manat, qalan yerlərə isə 800 və 500 manat verilməsi nəzərdə tutulur. Müsabiqəni təşkil etmək üçün Təşkilat Komitəsi yaradılacaqdır. Buraya qəzet redaktorları, tanınmış jurnalistlər də cəlb ediləcəkdir.

Tədbirin sonunda AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən  bir qrup jurnalistə Fəxri Fərmanlar və pul mükafatları  təqdim edilmişdir.

 «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov mükafatlandırılanlar adından AHİK rəhbərliyinə təşəkkürünü bildirmiş, jurnalistləri yeni yaradıcılığa ruhlandıran belə bir tədbirin keçirilməsinə görə minnətdarlığını ifadə etmişdir.

 

jur4 jur5 jur1