“Kulturologiya və İnsan İnkişafı” mövzusunda master-klass keçirilib
18 May 2020
Mayın
18-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Simurq” Mədəniyyət
Assosiasiyası ilə birgə “Kulturologiya və İnsan İnkişafı” mövzusunda
master-klass təşkil edib.
Azərbaycan
Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru,
“Simurq” Mədəniyyət Assosiasiyasının Prezidenti, tarix elmləri doktoru Fuad Məmmədovun
iştirak etdiyi tədbir videokonfrans formatında keçirilib.
Konfransı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova açaraq
iştirakçıları salamlayıb.
Sonra Fuad Məmmədovun ümumi mədəniyyət prinsipləri,
ailə, insan və beynəlxalq münasibətlər, multikulturalizm və sivilizasiya
haqqında mühazirəsi dinlənilib.
Konfransda MİHİ Respublika Komitəsinin aparat işçiləri,
Regional Ərazi Metodiki Mərkəzlərin sədrləri və Bakı şəhər üzrə ilk həmkarlar
ittifaqları təşkilatların fəallarının iştirakı ilə fikir mübadiləsi aparılıb.