«Kurort» Səhmdar Cəmiyyətinin sanatoriyalarına əlavə vəsaitin ayrılması barədə
08 Dec 2015
«Kurort»
Səhmdar Cəmiyyəti son dövrlərdə tabeçilikdə olan sanatoriyaların abadlaşdırılması
üçün bir sıra kompleks işlər həyata keçirmişlər. Görülən işlər nəticəsində bir sıra
sanatoriyalarda yenidənqurma işləri aparılmış,
abadlaşdırma həyata keçirilmiş, onların maddi-texniki bazası yaxşılaşdırılmışdır.
Bununla yanaşı,
bir sıra sanatoriyalarda abadlaşdırmaya və təmir işlərinin aparılmasına ehtiyac
vardır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
İcraiyyə Komitəsi AHİK-in tabeliyində olan «Kurort» Səhmdar Cəmiyyətinin sanatoriyalarının
abadlaşdırılmasını, onların təmirə ehtiyacını nəzərə alaraq qərara alır:
1. «Kurort» Səhmdar Cəmiyyətinin sanatoriyalarının abadlaşdırılması,
onların təmiri üçün AHİK-in üzv təşkilatları tərəfindən bölgüyə uyğun olaraq əlavə
maliyyə vəsaiti ayrılsın (Bölgü əlavə olunur).
2. Üzv təşkilatlarından ayrılan vəsait 2016-cı ilin fevral ayınadək
AHİK-in maliyyə hesabına köçürülsün.
3. Qərarın icrasına
nəzarət AHİK-in Maliyyə şöbəsinə (Q.Qəribov) tapşırılsın.