AZ | RU | EN
AZ | EN | RU

Kütləvi İnformasiya Vasitələri arasında keçirilən müsabiqənin ƏSASNAMƏSİ

22 Jul 2011

 

 

 

 

 ƏSASNAMƏ

 

 

 

Ümumi müddəalar

 

 

Bu əsasnamə «Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti ilə bağlı ən yaxşı məqalə, radio və televiziya verilişləri» adlı respublika müsabiqəsinin təşkili, keçirilməsi və nəticələrinin yekunlaşdırılması qaydalarını təyin edir.

 

Müsabiqə Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətini geniş və obyektiv işıqlandıran respublika kütləvi informasiya vasitələri arasında keçirilir.

 

Müsabiqənin təşkilatçısı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır.

 

Müsabiqənin nəticələrini müsabiqə komissiyası yekunlaşdırır və AHİK İcraiyyə Komitəsinin qərarı ilə təsdiq edilir.

 

 

Müsabiqənin məqsədi

 

 Müsabiqə həmkarlar ittifaqının işçilərin sosial hüquqlarının həqiqi müdafiəçisi imicinin daha da möhkəmləndirilməsi, həmkarlar ittifaqı hərəkatının inkişafı, cəmiyyətdə onun yeri və nüfuzunun gücləndirilməsi məqsədini daşıyır.

 

 

 Müsabiqənin vəzifələri

 

 

- Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyətini daha geniş və obyektiv şəkildə işıqlandırmaq üçün daha çox kütləvi informasiya vasitələrini və jurnalistləri cəlb etmək;

 

- hər bir azərbaycanlıya, əmək adamına həyat üçün mühüm olan məsələlərə Azərbaycan Həmkarlar İttifaqlarının mövqeyi baxımından yanaşmanı çatdırmaq;

 

- həmkarlar ittifaqlarının ideya, məqsəd və vəzifələrini təbliğ etmək;

 

- ictimaiyyətin diqqətini həmkarlar ittifaqı tərəfindən həll olunan məsələlərə cəlb etmək.

 

 

 

Müsabiqənin keçirilmə qaydası

 

 

Müsabiqə bir mərhələdə keçirilir.

 

 

Müəyyən edilən müddət keçdikdən sonra göndərilən müsabiqə materialları qəbul edilmir.

 

Müsabiqədə bütün kütləvi informasiya vasitələri iştirak edə bilər.

 

Müsabiqəyə qəzet və jurnal nəşrləri, televiziya və radio proqramları təqdim oluna bilər.

 

 

Müsabiqəyə təqdim olunmuş işlər aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:

 

- aktuallıq, mövzuda yenilik;

 

- toxunulan mövzunun dərinliyi və əsaslandırılması;

 

- işıqlandırılan mövzuya müəllifin orjinal yanaşması;

 

- materialların bədii tərtibatı, dəqiq,səlis və aydın dil üslubu;

 

- janr müxtəlifliyi.

 

Müsabiqənin nəticələri aşağıdakı nominasiyalar üzrə aparılacaqdır:

 

- «Azərbaycan Həmkarlar İttifaqlarının bu günü və sabahı»

 

- «İşçilərin sosial-iqtisadi hüquqlarının keşiyində»

 

- Həmkarlar ittifaqları beynəlxalq arenada»

 

- «Həmkarlar ittifaqlarının cəmiyyətdə yeri və rolu»

 

 Müsabiqədə kütləvi informasiya vasitələrində ən azı 5 il müddətində fasiləsiz işləyən şəxslər iştirak edə bilərlər. Hər bir media nümayəndəsi yalnız bir material təqdim edə bilər. Qəzet və jurnal yazıları son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi «Qara Siyahı»ya düşməyən mətbu orqanlarda dərc edilməlidir. Tələb olunan sənədlər sırasına jurnalistin əmək kitabçasının işlədiyi media orqanı tərəfindən təsdiq edilmiş surəti, şəxsi VÖEN surəti və şəxsi bank rekvizitləri daxildir. Müsabiqənin iştirakçıları müsabiqə materiallarını yazılı və elektron media orqanlarında çap olunduqdan, televiziya və radioda efirə getdikdən sonra 2011-ci il dekabrın 25-dək AHİK-in elektron ünvanına (ahik@azerin.com), yazılı mətnlər CD-də, video süjetlər isə DVD-də olmaqla AHİK-ə (Bakı, AZ1005, Gənclər meydanı, 3) təqdim edilməlidir.

Qəzet və jurnallarda çap olunmuş yazı A-3 formatlı qəzetin bir səhifəsi (11 min çap işarəsi) həcmində, televiziya və radioda efirə gedən sujet isə 4-5 dəqiqə həcmində olmalıdır. Müsabiqəyə təqdim olunmuş məqalələr və video sucetlər AHİK-də yaradılmış münsiflər heyəti tərəfindən 2012-ci ilin yanvar ayı ərzində   qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir. Qaliblərə diplomlar və aşağıda göstərilən miqdarda pul mükafatları təqdim olunacaqdır:

 

Birinci yer – 3 nəfər – hər biri üçün 1000 manat

 

İkinci yer – 8 nəfər hər biri üçün 500 manat

 

Üçüncü yer – 10 nəfər hər biri üçün 300 manat

FAYDALI KEÇİDLƏR