«Normativ Hüquqi Aktlar Haqqında» Azərbaycan Respublikası Qanununun Tətbiq Edilməsi Barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
06 Aug 2004
- Qüvvədə olan qanunvericilik aktlarının «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Re-spublikası Qanununun 9-cu maddəsinin 9.2.-ci bəndində müəyyən edilməsi nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının baxıl-ması, qəbul edilməsi və təsdiqi qaydası» haqqında Əsasnamə layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- həmin Qanunun 51-ci maddəsinin 51.2.-ci bəndində müəyyən edilməsi nəzərdə tutulan «Azərbaycan Respub-likasının normativ hüquqi aktlarının dövlət uçotu və qeydiy-yatı qaydası» haqqında Əsasnamə layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- həmin Qanunun 36-cı maddəsinin 36.1.-ci bəndində müəyyən edilməsi nəzərdə tutulan» dövlət sirrini əks etdirən normativ hüquqi aktların yayılması və qüvvəyə minməsi qaydası haqqında» Əsasnamənin layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sir-rinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə birlikdə hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikası-nın Prezidentinə təqdim etsin;
- «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Re-spublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.
2. Müəyyən edilsin ki:
- «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Re-spublikası Qanununun 9-cu maddəsinin 9.2.-ci bəndində, 36-cı maddəsinin 36.1.-ci bəndində və 51-ci maddəsinin 51.2.-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respub-likasının Prezidenti həyata keçirir;
- həmin Qanunun 11-ci maddəsinin 11.2.-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Re-spublikasının Nazirlər Kabineti, nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;
- həmin Qanunun 41-ci maddəsinin 41.2.-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları» dedikdə, Azərbaycan Respublikasının nazirlikləri, bütün digər mərkəzi və yerli icra hakimiyyəti orqanları başa düşülür (Azərbaycan Respublikası Prezidentinin nəzdində (yanında) yaradılan orqanlar istisna olmaqla).
- həmin Qanunun 38-ci maddəsinin 38.4.-cü və 38.6.-cı bəndlərində, 51-ci maddəsinin 51.1.-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazir-liyi həyata keçirir; həmin Qanunun 51-ci maddəsinin 51.1.-ci bəndində, nəzərdə tutulmuş «Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları» dedikdə Azərbaycan Respublikasının nazirlikləri, bütün digər mərkəzi və yerli icra hakimiyyəti orqanları başa düşülür.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri , 30 dekabr 1999-cu il.