AZ | RU | EN
AZ | EN | RU

«Texniki Təhlükəsizlik Haqqında» Azərbaycan Respublikası Qanununun Tətbiq Edilməsi Barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 Aug 2004

— qüvvədə olan qanunvericilik aktlarının «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respblikasının prezidentinə təqdim etsin;

— Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

— həmin Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin məsuliyyətinin icbari sığortası qaydası və şərtlərinə dair təkliflərini Azərbaycan Respublikası prezidentinə təqdim etsin;

— həmin Qanunun müddəalarına uyğun olaraq texniki təhlükəsizlik sahəsində xüsusi razılıq (lisenziya) tələb olu-nan fəaliyyət növləri və onları verən icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

həmin Qanunun 5-ci maddəsində, 7-ci maddəsinin1-ci, 2-ci və 4-cü hissələrində, 8-ci maddəsinin 2-ci hissəsində, 9-cu maddəsinin onuncu abzasında, 12-ci maddəsinin 1-ci və 2-ci hissələrində, 13-cü maddəsinin 1-ci hissəsində, 14-cü maddəsinin 4-cü hissəsində, 15-ci maddəsinin 1-ci hissəsinin altıncı abzasında, 3-cü və 6-cı hissələrində, 17-ci maddəsinin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

— öz səlahiyyətləri daxilində «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

  1. Müəyyən edilsin ki, bu Qanunun 2-ci maddəsinin 2-ci və 3-cü hissələrində, 7-ci maddəsinin 3-cü hissəsində və 14-cü maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
    ərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti

 

FAYDALI KEÇİDLƏR