«Yoxsulluğun azaldılması haqqında sənəd və MDB ölkələri həmkarlar ittifaqlarının mövqeyi» mövzusunda SEMİNAR
07 Apr 2004
İki gün davam edən seminarda MDB ölkələrində yoxsulluğun azaldılması ilə bağlı mövcud problemlər təhlil edilmiş, bu ölkələrdə yoxsulluğun azaldılması üzrə hazırlanan dövlət sənədində həmkarlar ittifaqlarının iştirakı araşdırılmış, bu sahədə beynəlxalq həmkarlar ittifaqlarının geniş təcrübəsi öyrənilmiş və qarşıdakı vəzifələr müəyyən olunmuşdur.
Beynəlxalq konfransı giriş sözü ilə açan AHİK sədrinin müavini Aqil Dadaşov müasir şəraitdə beynəlxalq təcrübəyə əsaslanaraq, həmkarlar ittifaqlarının yoxsulluğun aradan qaldırılması üçün görəcəyi tədbirlərdən, dövlət orqanları ilə münasibətlərin tənzimlənməsindən və həmkarlar ittifaqlarının beynəlxalq səviyyədə bu məsələyə münasibətindən danışmışdır.
Müzakirəyə çıxarılmış mövzu ilə əlaqədar konfrans iştirakçıları yekun hesabat və tövsiyə qəbul etmiş, qeyd olunmuşdur ki, aktual problem olan yoxsulluğun azaldılması ilə bağlı belə tədbirlərin gələcəkdə də keçirilməsi əhəmiyyətlidir.