AZ | RU | EN
AZ | EN | RU

Maraqlı konsert proqramı qonaqların ürəyincə oldu

07 Jul 2019

Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) ənənəsinə sadiq qalaraq, hər il yay mövsümündə "Bilgəh" sağlamlıq mərkəzinin sakinlərinə çevrilmiş metropolitençilər üçün maraqlı istirahət tədbirləri təşkil edir İyul ayının əvvəlindən sanatoriya-profilaktoriya və istirahət mərkəzində dincələnlərə MİHİ-nin təşkilatçılığı ilə ədəbi-bədii proqramlı maraqlı gecə təşkil edilib.
İyulun 7-də təşkil edilmiş və 4 saatdan artıq davam edən bayram ovqatlı proqram zamanı metropolitençilər və mərkəzin qonaqları Azərbaycan  musiqisinin tanınmış simalarının iştirakı ilə rəngarəng maraqlı gecənin iştirakçısı olublar.
Milli musiqi, xarici estrada, eyni zamanda, son dövrlərin populyar mahnıları gənc nəslin və uşaqların daha çox zövqünü oxşadı. Proqramın zəngin və rəngarəngliyi "Gilavar" qrupunun ifasında səslənən canlı ifa ilə davam etdi.
"Azəristar" müsabiqəsinin laureatı müğənni Ədalətin də repertuarı maraqla qarşılandı.
Bir sözlə, 4 saatdan artıq davam edən musiqili, duzlu-məzəli dəqiqələr "Bilgəh" sakinlərinə ovqat gətirdi, hər kəsin ürəyincə oldu.
Qeyd edək ki, budəfəki yollayışın sahibləri üçün bu, MİHİ-nin son sürprizi deyil. Mərkəzdə dincələnləri onların istəyinə uyğun olaraq, paytaxtın bir neçə tarixi abidəsinə ziyarət və milli-mədəni irsinin inciləri ilə tanışlıq gözləyir.

ПОЛЕЗНЫЕ ССЫЛКИ