AZ | RU | EN

Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin baş katibi Martin Romeri AHİK-də qəbul edilmişdir

16 Sep 2010

av2Ölkədə həmkarlar ittifaqlarının yaranma tarixinin çox qədim olduğunu qeyd edən sədr bildirmişdir ki, Azərbaycanda ilk dəfə kollektiv müqavilə - "Mazut müqaviləsi" 1904-cü ildə neft sahibkarları ilə işçilər arasında imzalanmışdır.

İlk həmkarlar təşkilatı isə 1905-ci ildə yaradılmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranma tarixi 1992-ci ilə təsadüf edir.

Sədr daha sonra qeyd etmişdir ki,Ən böyük nailiyyətlərdən biri ondan ibarətdir ki, işçi həmkarlar təşkilatının rəyi olmadan işdən azad edilə bilməz. Bununla yanaşı, həmkarlar ittifaqı təşkilatları maliyyə vəziyyətlərinin yaxşılaşdırılması üçün üzvlük haqqının 2 faizə qədər artırılması ilə bağlı məsələ qaldırmış və buna nail olmuşdur.

S.Mehbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının AHİK-ə daxil olan ən böyük sahə həmkarlar ittifaqı olduğunu diqqətə çatdırmışdır. Söyləmişdir ki, Azərbaycanda təhsil sahəsində çalışan insanlar daim üzərlərində dövlətin qayğısını hiss edirlər. Bunun göstəricisidir ki, hər il dövət büdcəsindən təhsilə ayrılan vəsaitin həcmi artırılır.

Öz növbəsində səmimi qəbula görə AHİK sədrinə təşəkkürünü bildirən Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin baş katibi Martin Romer Azərbaycana səfər etməkdən məmnun qaldığını dilə gətirmişdir. "Azərbaycanda gedən quruculuq işləri bu ölkənin sürətli inkişaf yolunda olmasından xəbər verir", - deyən avropalı qonaq vurğulamışdır ki, bütün dünyada beynəlxalq maliyyə böhranı ilə əlaqədar olaraq təhsil işçilərinin maaşlarının azaldığı halda, Azərbaycanda təhsilə dövlət büdcəsindən ayrılan vəsaitin həcminin artırılması müsbət addımdır: "Təhsilə sərf olunan vəsait ölkənin gələcəyinə qoyulan sərmayədir. Təhsil cəmiyyəti inkişafa aparır. Ona görə də bu sahənin inkişafı üçün daha çox vəsait ayırmaq lazımdır".

Bu ilin noyabrında iki təşkilatın birləşdirilməsinin nəzərdə tutulduğunu söyləyən qonaq təşkilatlar birləşdikdən sonra Azərbaycanla əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.