AZ | RU | EN
AZ | EN | RU

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının XVII Respublika Konfransı keçirilmişdir

09 Oct 2012

 

Sonra Cəmilə Səttarova MİMHİ Respublika Komitəsinin  2005-2012-ci illərdəki fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, bu illər ərzində Azərbaycanın siyasi-ictimai həyatında bir çox uğurlu hadisələr baş verib, respublikamız dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu dövrdə qeyri-neft sektorunun inkişafı təmin edilib, əhalinin sosial rifahı daha da yüksəlib. Azərbaycanın yüksəlişi mədəniyyət sahəsində də böyük uğurlara yol açıb. Ölkəmizdə teatrlar, muzeylər, kitabxanalar və mədəniyyət evləri yenidən qurulub, bəzi yerlərdə mədəniyyət obyektləri inşa olunub.

Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində Heydər Əliyev Fondunun fəaliyyətindən söz açan Cəmilə Səttarova fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələrin hər kəs tərəfindən razılıq və minnətdarlıq hissi ilə qarşılandığını dedi.

Ötən  7 ildə MİMHİ Respublika Komitəsi qarşısında duran vəzifələri tam yerinə yetirib, bütün proqramlar və nizamnamə tələbləri uğurla icra olunub. Bu müddətdə üzvlərin sayı da artıb. Əgər 2006-cı ildə MİMHİ-nin 51437 nəfər üzvü var idisə, indi üzvlərin sayı 53729 nəfərdir. MİMHİ-nın xidmətdə olan həmkarlar ittifaqları təşkilatlarının sayı da artaraq 598-dən 725-ə çatmışdır. Həmçinin MİMHİ Respublika Komitəsində struktur yeniliklər həyata keçirilib, yeni ştat vahidləri açılıb. Cəmilə Səttarova çıxışında ittifaq üzvlərinin əmək və sosial-iqtisadi mənafelərinin müdafiəsi, sağlamlıqlarının mühafizəsi və digər məsələlər barədə də ətraflı məlumat verdi. Bütün bu işlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından daim dəstək aldıqlarını deyən MİMHİ Respublika Komitəsinin sədri AHİK-ya növbəti seçkilərdə qurumun hazırkı sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin namizədliyini dəstəkləyəcəklərini diqqətə çatdırdı.

Konfransda MİMHİ Respublika Komitəsinin fəaliyyətindən, ittifaq üzvlərinin əmək hüquqlarının və sağlamlıqlarının qorunmasından, sosial müdafiəsindən, əməyin mühafizəsindən və təhlükəsizliyindən, şəhər və rayon komitələrinin fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur. Təftiş komissiyasının hesabatından sonra məruzələr ətrafında çıxışlar edildi. MİMHİ-nin şəhər və rayon komitələrinin nümayəndələri qurumun fəaliyyətindən söz açılmış, Yekunda MİMHİ Respublika Komitəsinin 2005-2012-ci illərdəki fəaliyyəti qənaətbəxş sayılmışdır. Çıxış edənlərin təkliflərinə əsasən AHİK-nın növbəti qurultayında Səttar Mehbalıyevin namizədliyinin dəstəklənməsi qərara alındı. Təftiş komissiyasının hesabatı təsdiq olunmuşdur.

Konfransda iştirak edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov gənclər və idman naziri Azad Rəhimovun konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur. İsmayıl İsmayılov Azərbaycan idmanında qazanılan uğurlarda MİMHİ-nin də rolunun olduğunu qeyd etmişdir.

09.10.12.7 09.10.12.10 09.10.12.6

09.10.12.5 09.10.12.9

Konfransın işinə uğurlar arzulayan AHİK sədri Səttar Mehbalıyev MİMHİ-nin cəmiyyət həyatındakı rolundan danışmışdır. Azərbaycanın dinamik inkişafından söz açan AHİK sədri qeyd etmişdir ki, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində həmkarlar ittifaqları da bu inkişafdan geri qalmır. Əlamətdar günlərdə həmkarlar ittifaqlarının fəalları ali dövlət təltiflərinə layiq görülürlər. Səttar Mehbalıyev həmkarlar ittifaqlarının üzvləri tərəfindən qaldırılan heç bir məsələnin diqqətdən kənarda qalmadığını da konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Məsləhət Şurasının baş katibi Tatyana Oqorodova və digər qonaqlar çıxışlarında MİMHİ-nın fəaliyyətini yüksək qiymətləndirmişlər.

Sonra konfrans iştirakçılarının yekdil təklifi ilə Cəmilə Səttarova yenidən MİMHİ Respublika Komitəsinin sədri seçilmişdir. Konfransda MİMHİ Respublika Komitəsinin üzvləri, təftiş komissiyasının üzvləri və MİMHİ Respublika Komitəsinin rəyasət heyətinin üzvləri seçilmişlər.

Yekunda MİMHİ-nın fəalları müxtəlif mükafatlara və fəxri fərmanlara layiq görülmüşlər.

FAYDALI KEÇİDLƏR