AZ | RU | EN
AZ | EN | RU

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının VII Məclisi keçirilmişdir

25 Nov 2011

 

25.11.11Qeyd edilmişdir ki, ölkədə aparılan geniş quruculuq işləri, kənd təsərrüfatının inkişafına və qida sənayesi sahəsində yeni istehsal subyektlərinin istismara verilməsinə  dövlət dəstəyi, son illər müşahidə olunan sürətli sosial-iqtisadi yüksəliş, ölkədə məqsədyönlü sosial siyasətin həyata keçirilməsi zəhmətkeşlərin maddi rifah halının yüksəlməsi üçün şərait yaratmışdır.

Müzakirələrdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı, «European Tobacco-Baku» ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, Sahə Həmkarlar İttifaqı Tovuz rayon Komitəsinin sədri, «Azərsun Holdinq» Şirkətlər Qrupunun nümayəndəsi və başqaları qeyd etmişlər  ki, iş yerlərində layiqli əməyin təminatı, məşğulluğun qorunması iş yerlərinin müasir standartlara uyğun təşkili, əməyin mühafizəsi, əmək münasibətlərinə ictimai nəzarət və ən önəmlisi bu sahədə dövlət orqanları, işəgötürən birlikləri və həmkarlar ittifaqları arasında sosial dialoqun qurulması, zəhmətkeşlərin sabaha inamla baxmasına, cəmiyyətdə sosial sabitliyin və tərəqqinin bərqərar olmasına  zəmin yaratmışdır.

Həmkarlar ittifaqları dövlətin sosial iqtisadi siyasətini daim dəstəkləyir, bu vəzifələrin həyata keçirilməsində dövlət orqanları və işəgötürən birlikləri ilə hərtərəfli əməkdaşlıq edir.

Məclisin işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Vaqif Eyvazov, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Taleh Rəcəbov, «Azərsun Holdinq» Şirkətlər Qrupunun İnsan Resursları Direktorluğunun şöbə müdiri Müşviq Qurbanov, habelə Federasiyanın Məclis üzvləri və Sahə Həmkarlar İttifaqı fəalları iştirak etmişdir.

FAYDALI KEÇİDLƏR