AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan Həmkrlar İttifaqları Konfederasiyasının IV Məclisi keçirilmişdir

28 Dec 2011

 

İclası açan AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək bildirmişdir ki, IV Məclisin iclasında  Azərbaycanın həmkarlar ittifaqları,  kütləvi informasiya vasitələri və qarşıda  duran vəzifələr mövzusunda məsələ müzakirə ediləcəkdir. Bildirmişdir  ki, əsas məqsəd həmkarlar təşkilatlarının gördüyü işlərin KİV-lərdə obyektiv işıqlandırılması və onların fəaliyyəti ilə bağlı yazan jurnalistlərin məlumatlılığını təmin etməkdir.

İclasın əvvəlində Azərbaycanda gənclərin sosial problemlərinin həlli, onların ictimai-siyasi fəallığının artırılması məsələlərinin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayan S.Mehbalıyev AHİK-in də bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, bu məqsədlə AHİK tərəfindən orta məktəblərin əlaçı şagirdlərinə və ali məktəb tələbələrinə təqaüdlər verilir. Bundan başqa, AHİK ödənişli təhsil alan 38 imkansız tələbənin təhsil haqlarının 30 faizinin ödənilməsi ilə bağlı qərar qəbul etmiş, gələn ildən isə bu tələbələrin sayı 200-dən artıq olacaqdır.

Sonra S.Mehbalıyev 38 tələbənin təhsil haqlarının 30 faizinin ödənilməsi ilə bağlı qərarın surətini onlara təqdim etmişdir.

Daha sonra AHİK sədrinin müavini Aqil Dadaşovun “Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətində kütləvi informasiya vasitələrinin rolu və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi qeyd etmişdir ki, həmkarlar ittifaqları haqqında müsbət ictimai fikrin formalaşdırılması üçün KİV-lərin rolundan maksimum yararlanmalı, həmkarlar ittifaqları-mətbuat əməkdaşlığı gücləndirilməli, mətbu orqanların nəşrinə yardım mexanizmi təkmilləşdirilməlidir.

Məruzədə bildirilmişdir ki, son dövrlərdə Azərbaycan həmkarlar ittifaqlarının əldə etdiyi nailiyyətlər, həmkarlar ittifaqı hərəkatının güclənməsi, onun beynəlxalq aləmdə özünə layiqli yer tutması, digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi məsələsi, tərəqqipərvər ideya və məqsədlər KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.

Bundan əlavə, məruzədə AHİK-in informasiya siyasətinin həyata keçirilməsində 26 sahə həmkarlar ittifaqı ətrafında birləşən 18 mindən çox ilk həmkarlar ittifaqının rolu xüsusi vurğulanmışdır. Həmkarlar ittifaqları təşkilatlarının mətbu orqanlarından təbliğat tribunası kimi istifadə olunmasının vacibliyi diqqətə çatdırılmışdır. Bu baxımdan həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında AHİK-in yayım orqanı olan “Ülfət” qəzetinin rolu yüksək qiymətləndirilmişdir.

Bildirilmişdir ki, cəmiyyətdə həmkarlar ittifaqlarının yeri və nüfuzunun daha da gücləndirilməsi məqsədi ilə AHİK İcraiyyə Komitəsinin 2011-ci il 28 iyul tarixli qərarı ilə “Azərbaycan həmkarlar ittifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, teleradio süjeti” respublika müsabiqəsinin təşkili haqqında Əsasnamə” təsdiq olunmuşdur. Artıq başa çatmaq üzrə olan müsabiqənin əsas məqsədi həmkarlar ittifaqlarının fəaliyyətini daha geniş və obyektiv işıqlandırmaq üçün KİV-ləri və jurnalistləri cəlb etməkdir.

Məruzəçi öz çıxışında vurğulamışdır ki, bu gün ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə effektiv əlaqələrin yaradılması həmkarlar ittifaqlarının cəmiyyətdə nüfuzunun artmasına səbəb olur. AHİK-in cəmiyyətdə təsirinin artmasını sübut edən amillərdən biri də ölkənin aparıcı və nüfuzlu kütləvi informasiya vasitələrinin həmkarlar ittifaqlarının gördükləri işləri, həyata keçirdikləri tədbirləri, o cümlədən cəmiyyətdə həmkarlar ittifaqlarının açıq, pozitiv obrazının formalaşdırılmasına xidmət edən analitik-informasiya materialları, həmkarlar ittifaqlarının fəaliyyəti barədə reportajlar hazırlamalarıdır.

Bu baxımdan AHİK rəhbərliyinin mütəmadi olaraq respublikanın aparıcı kütləvi informasiya vasitələrində, televiziya kanallarında, qəzetlərdə çıxış və müsahibələri ictimaiyyətin diqqətini cəlb etməkdə çox böyük rol oynayır. Həmkarlar ittifaqları üçün aktual olan məsələlərə operativ şəkildə KİV-lər vasitəsilə mövqeyini bildirmək bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu hal ölkədənkənar KİV-lərə, informasiya agentliklərinə, beynəlxalq həmkarlar ittifaqlarının  mətbu orqanlarına da aiddir.

AHİK vahid informasiya sisteminin təkmilləşdirilməsi və KİV-lərlə daha sıx əməkdaşlıq yaradılması, həyata keçirdiyi mühüm və əhəmiyyətli tədbirlərin ölkə məkanında yayılması yönündə ardıcıl olaraq konkret işlər görür. Bunun nəticəsidir ki, 2009-cu ildə AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılmışdır.

Şöbənin əsas vəzifəsi ictimaiyyəti, dövlət və beynəlxalq strukturları KİV-lər vasitəsilə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti, onların irəli sürdükləri təşəbbüs və tələbləri, təklif edilən sosial proqramlar və tədbirləri barədə məlumatlandırmaq, sıravi həmkarlar ittifaqı üzvlərinin rəylərini, tələb və təkliflərini öyrənməkdir. Şöbə kütləvi informasiya vasitələri ilə, məlumat agentlikləri və telekanallarla sıx əməkdaşlıq şəraitində  fəaliyyət göstərir. AHİK-in bu sahədəki rəsmi mövqeyinə uyğun olaraq ikitərəfli dialoq qurulur, brifinqlər, mətbuat konfransları təşkil edilir, press-relizlər, video - foto materiallar hazırlanır.

AHİK-də və üzv təşkilatlarında, ilk həmkarlar ittifaqı təşkilatlarında həyata keçirilən mühüm tədbirlər KİV-də müntəzəm olaraq işıqlandırılır. «Azərbaycan», «Xalq», «Respublika», «Yeni Azərbaycan», «İki sahil», «Üç nöqtə», «Olaylar» qəzetləri ilə, AzərTAc, APA, Azadinform, «Olaylar» informasiya agentlikləri, AzTV, Lider, SPACE,  Azad Azərbaycan, İctimai televiziya və digər kanallar ilə sıx əlaqələr yaranmış və bu kütləvi informasiya vasitələrində həmkarlar ittifaqı fəaliyyəti ilə bağlı obyektiv, qərəzsiz informasiyalar, analitik materiallar və həmkarlar ittifaqının mövqeləri mütəmadi olaraq öz əksini tapır. Son iki ildə müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin müxtəlif sahələrini əhatə edən 324 məqalə, AHİK rəhbərliyinin 15 müsahibəsi, 6 imzalı yazısı mətbuat səhifələrində çap edilmişdir. Eyni zamanda respublikada mövcud olan televiziya-radio kanallarında həmkarlar ittifaqının həyatına dair 177 veriliş getmişdir.

Məruzədə daha sonra qeyd edilmişdir ki, qəzet-jurnal səhifələrində, internet saytlarında, radio və televiziya verilişlərində  gedən yazı və çıxışlarda həmkarlar ittifaqının fəaliyyətinə fərqli münasibət göstərilmiş və işimizdə olan bəzi çatışmazlıqlar yer almışdır. Obyektiv tənqidlərə adekvat olaraq onların aradan qaldırılması istiqamətində həmkarlar ittifaqları dərhal tədbirlər görmüş, nöqsanların aradan qaldırılması üçün bütün imkanlardan istifadə etmişlər. Obyektiv münasibətləri biz bütün kütləvi informasiya vasitələrindən gözləyir və belə jurnalistlərə görə sağ ol deyirik.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, həmkarlar ittifaqı haqqında yazan bəzi mətbuat orqanları  obyektiv mövqe sərgiləməkdə, qərəzsiz fikir yürütməkdə maraqlı olmurlar, hadisələri öz prizmalarından təhlil edirlər. Onlar həmkarlar ittifaqlarının mövqeyini öyrənmədən, fakt və rəqəmləri dəqiqləşdirmədən həmkarlar ittifaqlarından narazı olan, fəaliyyətinə kölgə salan bəzi «ekspertlərin», “hüquq müdafiəçiləri”nin əsassız və böhtan xarakterli rəylərini «əsas» tutaraq yazıları qəzet səhifələrinə çıxarırlar. Təəssüf ediləcək haldır ki, yaranan fikir ayrılıqlarına dair həmin yazılardan sonra AHİK-in rəsmi mövqeyini əks etdirən cavab məktublarını da çap etməkdən imtina edirlər.  Etik normaların pozulmasında təqsirkar olan belə nəşrlərin fəaliyyəti bizi narahat etməyə bilməz. Bu bir faktdır ki, qəzet səhifəsinə çıxarılan hər məsələ ictimailəşir və ictimai rəyə təsir edir.

Biz söz və mətbuat azadlığı naminə KİV-də çalışanların peşəkarlıq səviyyəsinin daha da yüksələcəyinə, peşə fəaliyyətlərinin icrasının obyektiv həyata keçiriləcəyinə ümidvarıq və Həmkarlar İttifaqı ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, tənzimlənməsinə və inkişafına səmərəli şərait yaradılması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

İclasda məruzə ətrafında çıxış edən sahə Həmkarlar İttifaqları nümayəndələri  həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin KİV-lərdə işıqlandırılmasının vacibliyini vurğulamış, bu istiqamətdə həyata keçirilməli tədbirlərdən danışılmışlar.

Məclisin iclasında təşkilati məsələlərə baxılmış, AHİK Məclisinin və İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər edilməsi ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul olunmuşdur.

Bununla da AHİK-in IV Məclisi öz işinə yekun vurmuşdur.

 

28.12.11 28.12.11.1
28.12.11.4 28.12.11.6 28.12.11.3 28.12.11.5


Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin növbəti iclası keçirilmişdir.

 Məclis iştirakçıları III Məclisdən ötən dövr ərzində dünyasını dəyişmiş əməkdaşların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

İclası açan AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək bildirmişdir ki, IV Məclisin iclasında  Azərbaycanın həmkarlar ittifaqları,  kütləvi informasiya vasitələri və qarşıda  duran vəzifələr mövzusunda məsələ müzakirə ediləcəkdir. Bildirmişdir  ki, əsas məqsəd həmkarlar təşkilatlarının gördüyü işlərin KİV-lərdə obyektiv işıqlandırılması və onların fəaliyyəti ilə bağlı yazan jurnalistlərin məlumatlılığını təmin etməkdir.

İclasın əvvəlində Azərbaycanda gənclərin sosial problemlərinin həlli, onların ictimai-siyasi fəallığının artırılması məsələlərinin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayan S.Mehbalıyev AHİK-in də bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, bu məqsədlə AHİK tərəfindən orta məktəblərin əlaçı şagirdlərinə və ali məktəb tələbələrinə təqaüdlər verilir. Bundan başqa, AHİK ödənişli təhsil alan 38 imkansız tələbənin təhsil haqlarının 30 faizinin ödənilməsi ilə bağlı qərar qəbul etmiş, gələn ildən isə bu tələbələrin sayı 200-dən artıq olacaqdır.

Sonra S.Mehbalıyev 38 tələbənin təhsil haqlarının 30 faizinin ödənilməsi ilə bağlı qərarın surətini onlara təqdim etmişdir.

IV Məclisdə təşkilati məsələlərə baxılmış, AHİK Məclisinin və İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər edilməsi ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul olunmuşdur.

Daha sonra AHİK sədrinin müavini Aqil Dadaşovun “Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətində kütləvi informasiya vasitələrinin rolu və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi qeyd etmişdir ki, həmkarlar ittifaqları haqqında müsbət ictimai fikrin formalaşdırılması üçün KİV-lərin rolundan maksimum yararlanmalı, həmkarlar ittifaqları-mətbuat əməkdaşlığı gücləndirilməli, mətbu orqanların nəşrinə yardım mexanizmi təkmilləşdirilməlidir.

Məruzədə bildirilmişdir ki, son dövrlərdə Azərbaycan həmkarlar ittifaqlarının əldə etdiyi nailiyyətlər, həmkarlar ittifaqı hərəkatının güclənməsi, onun beynəlxalq aləmdə özünə layiqli yer tutması, digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi məsələsi, tərəqqipərvər ideya və məqsədlər KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.

Bundan əlavə, məruzədə AHİK-in informasiya siyasətinin həyata keçirilməsində 26 sahə həmkarlar ittifaqı ətrafında birləşən 18 mindən çox ilk həmkarlar ittifaqının rolu xüsusi vurğulanmışdır. Həmkarlar ittifaqları təşkilatlarının mətbu orqanlarından təbliğat tribunası kimi istifadə olunmasının vacibliyi diqqətə çatdırılmışdır. Bu baxımdan həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında AHİK-in yayım orqanı olan “Ülfət” qəzetinin rolu yüksək qiymətləndirilmişdir.

Bildirilmişdir ki, cəmiyyətdə həmkarlar ittifaqlarının yeri və nüfuzunun daha da gücləndirilməsi məqsədi ilə AHİK İcraiyyə Komitəsinin 2011-ci il 28 iyul tarixli qərarı ilə “Azərbaycan həmkarlar ittifaqlarının həyatından bəhs edən ən yaxşı yazı, teleradio süjeti” respublika müsabiqəsinin təşkili haqqında Əsasnamə” təsdiq olunmuşdur. Artıq başa çatmaq üzrə olan müsabiqənin əsas məqsədi həmkarlar ittifaqlarının fəaliyyətini daha geniş və obyektiv işıqlandırmaq üçün KİV-ləri və jurnalistləri cəlb etməkdir.

Məruzəçi öz çıxışında vurğulamışdır ki, bu gün ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə effektiv əlaqələrin yaradılması həmkarlar ittifaqlarının cəmiyyətdə nüfuzunun artmasına səbəb olur. AHİK-in cəmiyyətdə təsirinin artmasını sübut edən amillərdən biri də ölkənin aparıcı və nüfuzlu kütləvi informasiya vasitələrinin həmkarlar ittifaqlarının gördükləri işləri, həyata keçirdikləri tədbirləri, o cümlədən cəmiyyətdə həmkarlar ittifaqlarının açıq, pozitiv obrazının formalaşdırılmasına xidmət edən analitik-informasiya materialları, həmkarlar ittifaqlarının fəaliyyəti barədə reportajlar hazırlamalarıdır.

Bu baxımdan AHİK rəhbərliyinin mütəmadi olaraq respublikanın aparıcı kütləvi informasiya vasitələrində, televiziya kanallarında, qəzetlərdə çıxış və müsahibələri ictimaiyyətin diqqətini cəlb etməkdə çox böyük rol oynayır. Həmkarlar ittifaqları üçün aktual olan məsələlərə operativ şəkildə KİV-lər vasitəsilə mövqeyini bildirmək bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu hal ölkədənkənar KİV-lərə, informasiya agentliklərinə, beynəlxalq həmkarlar ittifaqlarının  mətbu orqanlarına da aiddir.

AHİK vahid informasiya sisteminin təkmilləşdirilməsi və KİV-lərlə daha sıx əməkdaşlıq yaradılması, həyata keçirdiyi mühüm və əhəmiyyətli tədbirlərin ölkə məkanında yayılması yönündə ardıcıl olaraq konkret işlər görür. Bunun nəticəsidir ki, 2009-cu ildə AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılmışdır.

Şöbənin əsas vəzifəsi ictimaiyyəti, dövlət və beynəlxalq strukturları KİV-lər vasitəsilə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti, onların irəli sürdükləri təşəbbüs və tələbləri, təklif edilən sosial proqramlar və tədbirləri barədə məlumatlandırmaq, sıravi həmkarlar ittifaqı üzvlərinin rəylərini, tələb və təkliflərini öyrənməkdir. Şöbə kütləvi informasiya vasitələri ilə, məlumat agentlikləri və telekanallarla sıx əməkdaşlıq şəraitində  fəaliyyət göstərir. AHİK-in bu sahədəki rəsmi mövqeyinə uyğun olaraq ikitərəfli dialoq qurulur, brifinqlər, mətbuat konfransları təşkil edilir, press-relizlər, video - foto materiallar hazırlanır.

AHİK-də və üzv təşkilatlarında, ilk həmkarlar ittifaqı təşkilatlarında həyata keçirilən mühüm tədbirlər KİV-də müntəzəm olaraq işıqlandırılır. «Azərbaycan», «Xalq», «Respublika», «Yeni Azərbaycan», «İki sahil», «Üç nöqtə», «Olaylar» qəzetləri ilə, AzərTAc, APA, Azadinform, «Olaylar» informasiya agentlikləri, AzTV, Lider, SPACE,  Azad Azərbaycan, İctimai televiziya və digər kanallar ilə sıx əlaqələr yaranmış və bu kütləvi informasiya vasitələrində həmkarlar ittifaqı fəaliyyəti ilə bağlı obyektiv, qərəzsiz informasiyalar, analitik materiallar və həmkarlar ittifaqının mövqeləri mütəmadi olaraq öz əksini tapır. Son iki ildə müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin müxtəlif sahələrini əhatə edən 324 məqalə, AHİK rəhbərliyinin 15 müsahibəsi, 6 imzalı yazısı mətbuat səhifələrində çap edilmişdir. Eyni zamanda respublikada mövcud olan televiziya-radio kanallarında həmkarlar ittifaqının həyatına dair 177 veriliş getmişdir.

Məruzədə daha sonra qeyd edilmişdir ki, qəzet-jurnal səhifələrində, internet saytlarında, radio və televiziya verilişlərində  gedən yazı və çıxışlarda həmkarlar ittifaqının fəaliyyətinə fərqli münasibət göstərmiş və işimizdə olan bəzi çatışmazlıqlar yer almışdır. Obyektiv tənqidlərə adekvat olaraq onların aradan qaldırılması istiqamətində həmkarlar ittifaqları dərhal tədbirlər görmüş, nöqsanların aradan qaldırılması üçün bütün imkanlardan istifadə etmişlər. Obyektiv münasibətləri biz bütün kütləvi informasiya vasitələrindən gözləyir və belə jurnalistlərə görə sağ ol deyirik.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, həmkarlar ittifaqı haqqında yazan bəzi mətbuat orqanları  obyektiv mövqe sərgiləməkdə, qərəzsiz fikir yürütməkdə maraqlı olmurlar, hadisələri öz prizmalarından təhlil edirlər. Onlar həmkarlar ittifaqlarının mövqeyini öyrənmədən, fakt və rəqəmləri dəqiqləşdirmədən həmkarlar ittifaqlarından narazı olan, fəaliyyətinə kölgə salan bəzi «ekspertlərin», “hüquq müdafiəçiləri”nin əsassız və böhtan xarakterli rəylərini «əsas» tutaraq yazıları qəzet səhifələrinə çıxarırlar. Təəssüf ediləcək haldır ki, yaranan fikir ayrılıqlarına dair həmin yazılardan sonra AHİK-in rəsmi mövqeyini əks etdirən cavab məktublarını da çap etməkdən imtina edirlər.  Etik normaların pozulmasında təqsirkar olan belə nəşrlərin fəaliyyəti bizi narahat etməyə bilməz. Bu bir faktdır ki, qəzet səhifəsinə çıxarılan hər məsələ ictimailəşir və ictimai rəyə təsir edir.

Biz söz və mətbuat azadlığı naminə KİV-də çalışanların peşəkarlıq səviyyəsinin daha da yüksələcəyinə, peşə fəaliyyətlərinin icrasının obyektiv həyata keçiriləcəyinə ümidvarıq və Həmkarlar İttifaqı ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, tənzimlənməsinə və inkişafına səmərəli şərait yaradılması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

İclasda məruzə ətrafında çıxış edən sahə Həmkarlar İttifaqları nümayəndələri  həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin KİV-lərdə işıqlandırılmasının vacibliyini vurğulamış, bu istiqamətdə həyata keçirilməli tədbirlərdən danışılmışlar.

Bununla da AHİK-in IV Məclisi öz işinə yekun vurmuşdur.

FAYDALI KEÇİDLƏR