Oktyabrın 8-də Mədəniyyət
İşiləri Həmkarlar İttifaqının Gənc üzvləri arasında II Forumun yekun iclası
keçirilib. Tədbiri giriş sözü ilə açan MİHİ
RK-ın sədri Cəmilə Səttarova
gənclərin ölkənin ictimai və siyasi həyatında mühüm rol oynadığını vurğulayıb.
Cəmilə Səttarova deyib ki, Azərbaycan gəncliyi həmişə kreativ ideyaları ilə beynəlxalq arenada seçilir. Ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə gəncləri respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir və Azərbaycanın inkişafına öz töhfələrini verirlər. Komitə sədri tərəfindən forum çərçivəsində idman yarışlarında qalib gələn, eləcə də fəalıq göstərən gənclərə diplom, sertifikat və mükafatlar verilib. Bundan başqa forumun təşkilat işlərində fəal iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının Sədri Tural Süleymanov, AHİK-ın Hüququ şöbəsinin müdir müavini Ruslan Bağırov və Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin baş məsləhətçisi Nəsimi Cəfərov “Fəal İctimayətçi” diplomu ilə təltif olunublar.