Mehriban Əliyeva: Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq
06 Oct 2020
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində paylaşım edib.

Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni
etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum
səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının
feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün
platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni
hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir!
Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!".