Mehriban Əliyeva ermənilərin feyk xəbərləri ilə bağlı MÜRACİƏT ETDİ
05 Oct 2020
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” səhifəsində paylaşım edib.
Paylaşımda
deyilir:
“Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan
torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı
apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir.
Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına
feyk xəbərlər tirajlayır.Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə
yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır.Bu gün biz hamımız həqiqətən
tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan
müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün
əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək
üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik.Mən sizin hər birinizi erməni
təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri
bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram!Azərbaycanı
özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib
etməlidir!Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!”