AZ | RU | EN
AZ | EN | RU

“Memur-Sen” Həmkarlar İttifaqı Konfederasiyasından Xocalı soyqırımı aksiyasına dəstək

27 Feb 2012

 

Əhməd Gündoğdu ermənilər tərəfindən Xocalıda bir soyqırım törədildiyini və eşitmək istəməyənlərə eşitdirmək üçün Taksim mitinqinə dəstək verəcəyini bildirmişdir. O, demişdir ki, Xocalı soyqırımı ürəyimizi ağrıtmışdır. Bu ağrını azərbaycanlı qardaşlarımızla birlikdə Türkiyədə yaşayan hər kəs ürəyində hiss etmişdir. Ermənilər tərəfindən törədilən soyqırımın 20-ci ildönümündəki etiraz aksiyasına dəstək olmaq həm inancımız, həm qardaşlığımız, həm də insanlığımız baxımından çox vacibdir. Bir millət iki dövlətin səsi daha çox çıxmalıdır. “Taksim”də yüksələcək səs bu soyqırımı görmək və eşitmək istəməyən, ikili standartlarda sərhəd tanımayan ölkələrə qədər gedib çatmalıdır.

Əhməd Gündoğdu daha sonra bildirmişdir ki,Fransa senatı özünü tarixçi və hüquq müdafiəçisi yerinə qoyub əvvəlcə bir “qanun” çıxarmış, sonra isə bu “qanun”u inkar edənlərə çəza tətbiq etmək qərarına gəlmişdir. Fransa və Ermənistan əvvəlcə öz keçmişlərinə baxmalı və buunun hesabını verməlidirlər.

Bütün “Memur-Sen” Həmkarlar İttifaqı üzvlərinin “Taksim”də olacağını bildirən Ə.Gündoğdu sadə vətəndaşları da meydana dəvət etmişdir.

sedr4 sedr3

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev öz növbəsində vurğulamışdır ki, hər il Xocalı soyqırımı qurbanlarının anma mərasimləri və etiraz aksiyaları keçirilir. Builki aksiya isə “Taksim” Meydanında keçiriləcəkdir. Türkiyənin dəstəyindən böyük məmnunluq duyduğunu söyləyən AHİK sədri minlərlə soydaşımızı amansızlıqla qətlə yetirən ermənilərin əməllərini görmək istəməyən ölkələrin görmə və qəbul etmə vaxtının gəldiyini bildirmişdir.

Görüşdə “Memur-Sen” Həmkarlar İttifaqı Konfederasiyasının baş katibi və “Toç-Bir-Sen” Həmkarlar İttifaqı Konfederasiyasının sədri Günay Kaya və “Memur-Sen” Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr katibi Halid Ortaköy də iştirak etmişdir.

 

Türkiyənin www.memursen.org.tr - saytından 

FAYDALI KEÇİDLƏR