AZ | RU | EN

Metropoliten işçiləri müharibə veteranını təbrik ediblər

09 May 2020

9 May – faşizm üzərində Qələbənin 75-ci ildönümü ərəfəsində Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) İcraiyyə Komitəsinin bir neçə üzvü Böyük Vətən Müharibəsi iştirakçısına bərabər tutulan, vaxtilə “Nərimanov” elektrik deposunun işçisi olmuş Suliddin Quliyevə onun mənzilində baş çəkmişlər

Onlar MİHİ-nin sədri Arif Mərdanov adından veteranı Qələbə günü münasibətilə təbrik ediblər.Təbrikə və ona verilən dəyərə görə minnətdarlığını bildirən Suliddin Quliyev hərbi xidmət illərindən, metropolitendə çalışdığı dövrdən yadda qalan hadisələri xatırlayıb.Metropoliten İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinin daim ona göstərdiyi diqqətə və qayğıya görə təşəkkürünü bildirib.Qonaqlar müharibə veteranının səhhəti, ailə-məişət qayğıları ilə maraqlanıblar.