Metropolitençilər Uşaq Evinin qonağı olublar
28 Dec 2019
Metropoliten
İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşkilatçılığı ilə metropolitençilərin
qayğıya daha çox ehtiyacı olan kimsəsiz uşaqları ziyarət etmək, onların asudə
vaxtlarının səmərəli keçməsinə yardım etmələri artıq ənənəyə çevrilib.
2019-cu
ilin son günlərində MİHİ-nin idarə heyətinin üzvləri Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə Saray qəsəbəsində yerləşən fiziki və əqli
qüsurlu uşaqlar üçün 7 saylı internat evinin balaca sakinlərinin qonağı olub, onların
bayramlarını təbrik ediblər.
Uşaqlar metropoliten nümayəndələri qarşısına rəngarəng konsert proqramı ilə
çıxıb, rəqs edib, şeirlər söyləyiblər.
Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində həyata keçirilən bu ziyarət
zamanı Metropoliten İşçiləri Həmkarlar İttifaqı 80 azyaşlıya müxtəlif hədiyyələr
təqdim edib.
Bir neçə saat davam edən görüş həm
qonaqlarda, həm də uşaqlarda xoş ovqat yaradıb.