AZ | RU | EN
AZ | EN | RU

Üzv təşkilatlar

Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri

Həmkarlar İttifaqı Respublika Komitəsi

1990-cı ilin sentyabrında “Azərbaycan Sahibkarlıq İşçiləri Müstəqil Həmkarlar İttifaqı”nın, 1991-ci ilin martında isə “Azərbaycan Elm, Elmi-İstehsalat və Özəl Müəssisələri İşçiləri Müstəqil Həmkarlar İttifaqı”nın əsası qoyulmuşdur. Sonradan ayrı-ayrılıqda fəaliyyət göstərən iki həmkarlar ittifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tövsiyəsi ilə 1997-ci ilin aprelində birləşərək vahid bir orqana çevrilmişdir.

1997-ci il noyabrın 26-da keçirilmiş növbədənkənar konfransda yeni redaksiyada Nizamnamə təsdiq edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində bir daha qeydiyyatdan keçmiş və təşkilat “Azərbaycan Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçiləri Müstəqil Həmkarlar İttifaqı” adı altında fəaliyyət göstərməyə başlamışdır.

Sahə həmkarlar ittifaqi öz fəaliyyətini Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, o cümlədən Azərbaycan Respublikası «Həmkarlar İttifaqları haqqında» Qanunun, AHİK-in qərar və tövsiyyələri, eləcə də öz Nizamnaməsi əsasında qurur.

Sahə həmkarlar ittifaqı təşkilatı maliyyə-təsərrüfat fəaliyyəti göstərən sahibkarlıq və elm, elmi-istehsalat, kiçik, birgə, icarə və innovasiya müəssisələrinin, şirkətlərin, assosiasiyaların, korporasiyaların, səhmdar cəmiyyətlərin, şura, birliklərin, özəl ali və orta təhsil məktəblərinin işçilərini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün şəxsləri könüllülük əsasında birləşdirən müstəqil qeyri-siyasi ictimai təşkilatdır.

Nizamnaməyə əsasən ilk təşkilatların ali orqanı yığıncaq (konfrans), regional və Azərbaycan Respublikası səviyyəsində konfransdır. Bu müddət ərzində sahə həmkarlar ittifaqı Respublika Komitəsi 5 konfrans keçirmişdir.

Hazırda sahə həmkarlar ittifaqı təşkilatı geniş şəbəkəyə malikdir. Respublikanın şəhər və rayonlarında, eləcə də Bakı şəhərində rayon, birləşmiş həmkarlar ittifaqı komitələri yaradılmışdır. Sahə həmkarlar ittifaqi təşkilatı 46 şəhər, rayon komitəsini, 8 birləşmiş həmkarlar ittifaqı komitələrini birləşdirir. Həmkarlar İttifaqı Respublika Komitəsi üzrə 2344 üzv təşkilatlarda 42530 nəfər həmkarlar ittifaqı üzvü qeydiyyata alınmışdır.



FAYDALI KEÇİDLƏR