AZ | RU | EN
AZ | EN | RU

“Mərkəzi-Şərqi Avropa ölkələrində təhsilin mövcud vəziyyəti” mövzusunda “dəyirmi masa”

26 Sep 2013

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin ev sahibliyi ilə keçirilən tədbirdə Mərkəzi və Şərqi Avropanın, eləcə də Asiyanın 25 ölkəsində təhsil sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarından 72 nümayəndə iştirak edir.

"Dəyirmi masa" iştirakçıları tədbirdən öncə Fəxri Xiyabana getmiş, orada xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, onun məzarı önünə tər çiçəklər qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, onun məzarı önünə tər çiçəklər qoyulmuşdur.

Sonra qonaqlar Şəhidlər Xiyabanına getmiş, Azərbaycanın azadlığı və suverenliyi naminə canlarından keçmiş vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, onların məzarları önünə tər çiçəklər qoymuşlar.

bust 26.09.13.4

26.09.13.3

“Dəyirmi masa”da çıxış edən Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Birliyinin direktoru Martin Romer tədbirin əhəmiyyətindən danışmış və iştirakçılara uğurlar arzulamışdır.

Azərbaycanın Təhsil naziri Mikayıl Cabbarov “dəyirmi masa”da çıxış edərək bildirmişdir ki, ölkəmiz sürətlə inkişaf etdikcə və qlobal cəmiyyətə qovuşduqca onun qarşısında yeni imkanlar açılır, yeni çağırışlar yaranır. Təhsil dünyanın hər yerində ən həssas və əhəmiyyətli sahə olduğundan qarşıya çıxan problemlərin həllində birgə səylər və əməkdaşlıq üçün geniş meydan açılır.
Nazir vurğulamışdır ki, Azərbaycanda bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, müasir qiymətləndirmə sisteminin yaradılması, peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsi, müəllim hazırlığının gücləndirilməsi, nəticələrə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sisteminin yaradılması kimi məsələlərin həlli nəzərdə tutulur.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və ATİAHİ respublika komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqlara həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti barədə məlumat vermiş, həmçinin ölkədə həyata keçirilən uğurlu təhsil siyasətindən danışmışdır. Qeyd olunmuşdur ki, hər il yeni-yeni məktəb binaları tikilir, uşaqların yaxşı təhsil alması, sağlam vətəndaş kimi yetişdirilməsi üçün hər cür şərait yaradılır. Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyondan artıq insan, o cümlədən uşaqlar doğma yurd-yuvasından didərgin düşmüş, minlərlə təhsil müəssisəsi dağıdılmışdır.

26.09.13 26.09.13.2

“Dəyirmi masa”nın birinci iş günündə “İqtisadi idarəçiliyin Avropada təhsil sektoruna təsiri”, “Böhranın müəllimlik sənətinə təsiri”, “Təhsil işçilərinin iş şəraitinə təsirlər” və digər mövzularda məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

Tədbir çərçivəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə Belarus Təhsil və Elm İşçiləri İttifaqı, Macarıstan Müəllimlər Birliyi, İsrail Müəllimlər Birliyi, Makedoniya Elm Təhsil və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Sloveniya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Bosniya və Hersoqovina İbtidai Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanmışdır.

26.09.13.5

 Müqavilələrdə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı, təhsil sahəsində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi və digər aktual məsələlər öz əksini tapmışdır.

“Dəyirmi masa” öz işini sentyabrın 28-dək davam etdirmişdir.

FAYDALI KEÇİDLƏR