Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının II qurultayı keçirilmişdir
07 Nov 2012
Uğurlarımızın da əsasında komitə üzvlərinin, komissiyaların gərgin əməyi nəticəsində hazırlanmış, sizin düzəliş və əlavələriniz hesabına təkmilləşdirilmiş kollektiv tarif sazişi durur. Sazişin mahiyyəti barədə danışmazdan əvvəl tərəfdaşlarımıza, xüsusilə hörmətli nazir Yavər Camalova minnətdarlığımı bildirirəm. Onlar sazişin sosialyönümlü olmasına bəlkə də bizim qədər səy göstərdilər". Sonra R. Müfid-Zadə sazişdə götürülmüş öhdəliklərin bir neçəsini qurultay nümayəndələrinin diqqətinə təqdim etmişdir. Demişdir ki, "bu sənədə əsasən toyu olanda, övladı dünyaya gələndə, uşağı birinci sinfə gedəndə və ya yaxın qohumu vəfat edəndə işçiyə məzuniyyət verilir. İşçi gecə vaxtı və çoxnövbəli iş rejimində yerinə yetirilən və ya artıq müddətə görülən işə görə istirahət, səsvermə və iş günü hesab edilməyən bayram günlərində mövcud əmək qanunvericiliyi ilə müqayisədə 20-30 faiz əlavə ödəniş alır. Bu öhdəliklərin yerinə yetirilməsi Respublika Komitəsi tərəfindən mütəmadi nəzarətdə saxlanılır".
Aparılmış işlərin nəticəsi olaraq əksər müəssisələrdə işçilərin pulsuz xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, yuyucu və dezinfeksiyaedici maddələrlə, profilaktiki yeməklərlə, süd və ona bərabər tutulan məhsullarla təmin edilməsinə nail olunmuşdur.İşçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsi işəgötürənlərin vəsaiti hesabına təmin olunmuş, işçilər üçün sanitariya - məişət xidməti təşkil edilmişdir.Hesabat dövründə Respublika Komitəsinin fəaliyyətində uşaq və gənclərlə iş mühüm yer tutub. Bu dövr ərzində sahədə çalışan gənclərin məşğulluğu ictimai həyata və həmkarlar ittifaqının fəaliyyətinə cəlb edilməsi işinə xüsusi diqqət yetirilib.2009-cu ildə Respublika Komitəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar xidmət sahəsində fəaliyyət göstərən müəssisələrin işçilərinin uşaqlarının təhsil aldığı Buzovna qəsəbəsindəki 322 nömrəli orta məktəbdə IX-XI sinif şagirdləri arasında müsabiqələr keçirmiş, qaliblərə diplom və qiymətli hədiyyələr təqdim etmişdir. AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə "Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı" adı uğrunda keçirilən Respublika baxış-müsabiqəsində xidmət sahəsinə daxil olan təşkilatlardan Elmi-Tədqiqat İnstitutu fərqlənmiş və mükafata layiq görülmüşdür".Qurultay nümayəndələri məruzədə söylənən məsələlərə münasibət bildirmiş, qərarda nəzərə alınması xahiş olunan təkliflər səsləndirmişlər.
Sonra söz AHİK sədri, millət vəkili Səttar Mehbalıyevə verilmişdir. Sədr işçilərin əmək və sosial müdafiəsinin gücləndirilməsi naminə başçılıq etdiyi təşkilatın həyata keçirdiyi tədbirlərdən danışmışdır. AHİK-in qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində əldə olunan nailiyyətləri də diqqətə çatdırmışdır. Demişdir ki, "Həmkarlar ittifaqları haqqında" qanuna, əmək və inzibati xətalar məcəllələrinə təşəbbüsümüzlə edilən dəyişikliklər və əlavələr həmkarlar ittifaqlarının cəmiyyətdə nüfuzunun, kollektivlərdə səlahiyyətinin artmasına, sıralarının genişlənməsinə səbəb olmuşdur.S. Mehbalıyev 2013-cü ilin dövlət büdcəsindən də söz açmışdır və bildirmişdir ki, ölkə iqtisadiyyatının inkişafı növbəti ilin büdcəsində də öz əksini tapacaq. Sosial problemlərin həllinə ayrılacaq vəsait ötən illərlə müqayisədə xeyli artıq olacaq". Tədbirdə Müdafiə Sənayesi nazirinin müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev də iştirak etmişlər. Y. Musayev çıxış edərək hesabat dövründə Nazirliyin tabeliyində olan müəssisələrdə tətbiq edilən yenidənqurma işlərindən və iqtisadi inkişafdan danışmışdır. Bu nailiyyətlərin qazanılmasında həmkarlar ittifaqının xidmətləri olduğunu qeyd etmişdir. Çıxışlar bitdikdən sonra rəhbər orqanlar seçilmişdir. Nümayəndələr RK sədri vəzifəsinə yenidən R. Müfid-Zadənin namizədliyini irəli sürmüş və yekdilliklə dəstəkləmişlər.Sonda qabaqcıl Hİ üzvlərinə AHİK-in medal və Fəxri fərmanları təqdim edilmişdir.