Müharibə və əmək veteranları üçün bayram tədbiri təşkil edilib
28 Dec 2015
Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi vaxtaşırı bayram və əlamətdar günlərlə əlaqədar qocalar, uşaqlar, əlillər evlərində tədbirlər keçirir. Ənənəvi olaraq belə tədbirlərdən biri də Bilgəhdə yerləşən “Müharibə və əmək veteranları üçün pansionat”da keçirilib.
Dekabrın 28-də keçirilən və Dünya azərbaycanlılarının
həmrəylik gününə və Yeni il bayramına həsr edilən tədbirdə Sahə Hİ Respublika
Komitəsinin sədri Məhəmmədəli Salmanov Müharibə və əmək veteranlarının problemləri
ilə tanış olub, onlara maddi yardımların verilməsi ilə bağlı göstərişlər verib.
Bundan başqa Sahə Hİ Respublika Komitəsinin aparat
işçilər təşkil olunan bayram süfrəsində və konsert proqramında qocaların əhval-ruhiyyəsini
yüksək tutmağa nail olub.
90
nəfər pansionat sakini səhhəti ilə əlaqədar bayram tədbirinə qatıla bilmədiyi
üçün onlara yaşadıqları otaqlarda sovqatlar paylanılıb.