Müharibə veteranlarına və əlillərinə bu gün də yardımlar verildi
03 Dec 2019
3
dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə müharibə, əmək veteranları və əlillərinin
AHİK-də qəbulu bugün də davam etdirilib.
AHİK sədri Səttar
Möhbalıyev əlillərlə görüşüb, onların qaldırdığı problemləri dinləyib,
qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qəbula gələnlər göstərilən diqqət və qayğıya görə
Konfederasiya sədrinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası daim veteran və əlillərin sosial-məişət
problemlərinin həllində yaxından iştirak edib.
Görüşdən sonra veteran və əlillərin hər birinə maddi
yardımlar edilib.