AZ | RU | EN
AZ | EN | RU

AHİK-in İcraiyyə Komitəsinin Fransa Ümuməmək (CGT), Fransa Demokratik Əmək (CFDT), Fransa Xristian İşçiləri (CFTC), Fransa İşçi Qüvvəsi (FO) və Fransa Dövlət İşçiləri (SFE) Konfederasiyalarına MÜRACİƏTİ

24 Dec 2011

 

Təəssüf doğuran məsələ ondadır ki, Fransa Parlamenti Ermənistan Azərbaycan ərazilərinin 20 faizinin işğalına, Xocalı kimi dəhşətli soyqırıma münasibət belə bildirmədiyi halda, yüz il bundan əvvəl uydurulmuş «soyqırım»ı inkar edənlərə cəza tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Yaxşı olardı ki, parlamentin aşağı palatası Xocalı soyqırımı zamanı insanların etnik mənsubiyyətinə görə öldürülməsini pisləyən Meksika Konqresinin deputatlar palatasının bu yaxınlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma müddəalarından ibarət qəbul etdiyi qərardan nümunə götürərdilər. Bəllidir ki, qaldırılan qondarma «erməni soyqırımı» siyasilikdən çıxaraq, «siyasi spekulyasiyaya» çevrilmişdir. Bu cür məsələlər siyasətçilər tərəfindən deyil, tarixçilər səviyyəsində həll olunmalıdır.

İnsanların söz fikir azadlığına, düşüncələrinə qarşı yönələn belə bir qanunun qəbul edilməsi Fransanın demokratik və dünyəvi ölkə olmasını şübhə altına alır.

Hesab edirik ki, Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi bu bu qanun Fransa və Azərbaycan xalqları arasındakı yaranmış çoxillik dostluq münasibətlərinə kölgə sala bilər.

 

Hörmətli həmkarlar,

 

Biz ölkələr və xalqlar arasındakı qarşılıqlı inama, dostluq münaibətlərinə zərər verə biləcək bu qanunun qəbul edilməsinə öz etirazımızı bildirir və ümid edirik ki, həmrəylik göstərərək gələcəkdə bu məsələnin senatda müzakirəsinə siz öz etiraz səsinizi ucaltmaqla söz azadlığını, insan hüquqlarının beşiyi olan Avropaya utanc gətirə biləcək belə bir qanunun Fransa senatında qəbul edilməsinə   imkan verməyəcəksiniz.

 

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının İcraiyyə Komitəsi

23.12.2011

 

FAYDALI KEÇİDLƏR