AZ | RU | EN
AZ | EN | RU

“Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqəsinin qalibləri mükafatlandırılmışdır

06 Oct 2011

06.10.11.5Oktyabrın 6-da ATİAHİ Respublika Komitəsi tərəfindən təsis edilmiş "Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev açaraq tədbir iştirakçılarını salamlamış və şərəfli peşə sahibi olan müəllimlərimizi 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etmişdir.  

 

Dövlət rəhbərliyi səviyyəsində bu təsisatın cəmiyyət həyatındakı roluna verilən qiymətdən danışan millət vəkili bildirmişdir ki, göstərilən diqqət və qayğı həmkarlar təşkilatlarının inkişafı üçün geniş imkanlar yaratmışdır.

"Biz yaradılmış olan bu münbit şəraitdən yararlanmalı və həmkarlar təşkilatları olaraq dövlətçiliyimizin daha da möhkəmlənməsinə öz töhfələrimizi verməliyik. Bunun üçün də biz güclü olmalıyıq" deyən Səttar Mehbalıyev vurğulamışdır ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır: "Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır.

Bu məqsədlə hər il istər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, istərsə də ayrı-ayrı sahə həmkarlar təşkilatları tərəfindən müxtəlif addımlar atılır, ilk təşkilatların stimullaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirilir.

Bu gün də biz belə tədbirlərdən birinə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunmuş "Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasiminə toplaşmışıq".

AHİK sədri bildirmişdir ki, "Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqəsinin keçirilməsinə ötən ildən başlanmış və artıq bir ənənə halını almışdır. Müsabiqənin keçirilməsində əsas məqsəd ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi və qanuni mənafelərinin qorunmasını daha yaxşı təşkil edən ilk həmkarlar ittifaqı komitəsini müəyyən etmək və onlar arasında sağlam rəqabət mühiti yaratmaq, eyni zamanda qabaqcıl təcrübəni geniş yaymaq, ATİAHİ-nin üzv təşkilatları arasındakı birliyi və icra intizamını gücləndirmək, ilk təşkilatların apardığı işləri təhlil etmək və onlara praktiki köməklik göstərməkdir: "İlk təşkilatlar tərəfindən "Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqəsinə göstərilən maraq, iştirakçıların hazırlıq səviyyəsinin ötən illə müqayisədə daha da yüksəlməsi onu deməyə əsas verir ki, ATİAHİ Respublika Komitəsi ilk təşkilatların gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu məqsədə nail olur. İnanıram ki, ATİAHİ Respublika Komitəsi bu ənənəni növbəti illərdə də davam etdirəcək və bununla da ilk təşkilatların daha da gücləndirilməsinə təkan verəcək. Mən bir daha müsabiqə qaliblərini ürəkdən təbrik edirəm və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram!".

Sonra tədbirdə baxış-müsabiqənin qalibləri mükafatlandırılmışdır. Qeyd edək ki, ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə müsabiqənin yekun turunda ilk on yeri tutmuş ilk təşkilatlar 500 manat dəyərində kompyuter, ilk təşkilatın sədrləri 200 manat dəyərində fotoaparat və ATİAHİ Respublika Komitəsinin diplomları ilə təltif edilmişdir. Həmçinin müsabiqənin yekun turunda iştirak etmiş digər təşkilatların sədrlərinə 100 manat məbləğində pul mükafatı və ATİAHİ Respublika Komitəsinin diplomları təqdim edilmişdir.

Tədbirin sonunda müsabiqə qalibləri ilə xatirə şəkli çəkilmişdir.

 

06.10.11.3 06.10.11.6 06.10.11.4

 


ПОЛЕЗНЫЕ ССЫЛКИ