Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına yeni sədr seçildi
29 Feb 2020
Fevralın 29-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının növbədənkənar XVIII konfransı keçirilib.
Konfransda təşkilati məsələyə baxılmış, Anar Adil oğlu
İbrahimov Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri
vəzifəsinə seçilmiş, Həmkarlar İttifaqları Şurasının Məclis üzvləri təsdiq
olunmuşdur.
Konfransda
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə
orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak etmişdir.