AZ | RU | EN
AZ | EN | RU

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Hİ Respublika Komitəsinin Rəyasət Heyətinin iclasında təşkilat məsələlərinə baxılıb

10 Jun 2020

İyunun 10-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin iclası keçirilib. 

İclasda AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək gündəlikdə duran məsələləri iştirakçıların nəzərinə çatdırıb.
S. Möhbalıyev bildirib ki,  Respublika Komitəsinin sədri Seymur Orucov başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunması ilə bağlı Rəyasət Heyətinə ərizə ilə müraciət edib. Rəyasət Heyətinin üzvləri S. Orucovun Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsindən azad olunması haqqında qərar qəbul ediblər.

Rəyasət Heyətinin qərarı ilə Respublika Komitəsinin sədri vəzifəsinin icrası Rəşad Səfərova həvalə edilib. Bundan əvvəl R.Səfərov Respublika Komitəsi sədrinin  müavini vəzifəsində çalışıb.

İclasda S. Möhbalıyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri  Həmkarlar İttifaqının qarşısında duran vəzifələrdən danışıb və Rəyasət Heyətinin üzvlərinə öz tövsiyələrini çatdırıb.

FAYDALI KEÇİDLƏR