Nəqliyyatçıların Həmkarlar İttifaqına yeni sədr seçilib
16 Jul 2020
İyulun 16-da Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Məclisinin onlayn iclası keçirilib. İclasa AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.
S. Möhbalıyevin təklifi ilə iclas iştirakçıları Ermənistan
silahlı qüvvələrinə qarşı Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad ediblər.
Daha sonra S. Möhbalıyev Məclis üzvlərinə Həmkarlar
İttifaqının sədri işləmiş Etibar Əliyevin vəfatı ilə əlaqədar yeni sədrin seçilməsilə
bağlı məlumat verib. AHİK sədri uzun illər
təşkilata rəhbərlik etmiş Etibar Əliyevin fəaliyyəti haqqında danışıb.
Məclisin
yekdil qərarı ilə əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Həmkarlar İttifaqı sistemində məsul vəzifələrdə çalışmış Hüseyn Qubad oğlu Kərimov Avtomobil Nəqliyyatı
və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilib