AZ | RU | EN
AZ | EN | RU

Ötən ilin ən yaxşı müəssisələri mükafatlandırılmışdır

04 May 2012

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev müsabiqənin məqsədini diqqətə çatdırmışdır. Bildirmişdir ki, işçilər üçün təhlükəsiz və layiqli iş şəraitinin yaradılması və iş yerlərinin attestasiyasının vaxtında və dəqiq aparılması AHİK-in başlıca məqsədlərindəndir. İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üçün riskin düzgün qiymətləndirilməsi, iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılması, ümumən işəgötürənlərin bu məsələlərə məsuliyyətlə yanaşması olduqca vacibdir. İstehsalatda baş verən və işçilərin ölümü, yaxud xəsarət alması ilə nəticələnən bədbəxt hadisələrin qarşısının alınması üçün təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizdə sağlam, layiqli, təhlükəsiz iş yerləri və şəraitinin yaradılması ilə bağlı aparılan islahatlardan və Dövlət proqramlarından bəhs edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamları haqqında məlumat vermişdir.

04.05.12.1 04.05.12 04.05.12.4

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev tədbirin məqsədindən və Azərbaycanda işçilərin sosial şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən danışmışlar.

Sonda 56 qalib müəssisə və təşkilatın nümayəndələrinə diplom və mükafatlar təqdim olunmuşdur.

FAYDALI KEÇİDLƏR