AZ | RU | EN
AZ | EN | RU

Ordu sıralarına könüllü yollanmış metropolitençilərin ailələrinə yardımlar edilib

20 Oct 2020

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölkədə qismən elan edilmiş səfərbərliklə bağlı “Bakı Metropoliteni” QSC-nin bəzi əməkdaşları da ordu sıralarına çağırılmışdır. MİHİ-nin və “Bakı Metropoliteni” QSC-nin Sədrləri arasında aparılmış danışıqlar nəticəsində ölkədə elan edilmiş qismən səfərbərliklə bağlı ordu sıralarına çağırılmış metropoliten işçilərinə maddi yardım göstərilməsi barədə razılığa gəlinmişdir.              

Yuxarıda göstərilənlər MİHİ-nin İK-nin 12.10.2020-ci il tarixində keçirilmiş iclasının 49 saylı protokol qərarında öz əksini tapmışdır.                                                                                         
Qismən səfərbərliklə bağlı ordu sıralarına çağırılmış metropoliten  işçiləri üçün alınmış ərzaqların onların ailələrinə çatdırılması 20.10.2020-ci il tarixində MİHİ-nin əməkdaşları tərəfindən təmin edilmişdir.             
MİHİ-nin əməkdaşları tərəfindən metropoliten işçilərinin ailələrinə ərzaqlar çatdırılarkən, onların ailə vəziyyətləri ilə maraqlanılmış, problemləri dinlənilmiş və imkan daxilində köməklik göstərilmişdir.

FAYDALI KEÇİDLƏR