Övladları döyüş bölgələrində olan ittifaq üzvləri ilə görüşlər keçirilib
14 Oct 2020
7, 12, 13 oktyabr 2020-ci il tarixlərində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsi tərəfindən Rayon komitəsinin əhatə dairəsində olan idarə və müəssisələrdə çalışan, hazırda övladları döyüş bölgələrində olan ittifaq üzvləri ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda vuruşanlar, övladlarını milli və vətənpərvərlik ruhunda böyüdən, döyüş bölgələrinə göndərən valideynlər ən böyük ehtirama layiq olduqları diqqətə çatdırılıb.
İştirak edənlər rəşadətli ordumuzun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edəcəyinə tam əmin olduqlarını bildiriblər.
Görüşün sonunda ittifaq üzvlərinə MİHİ Qazax rayon komitəsi tərəfindən yardımlar edilib.