AZ | RU | EN

"İş yerlərində qadınların diskriminasiyasına qarşı mübarizədə həmkarlar ittifaqlarının rolu" mövzusunda seminar keçirilmişdir

29 Nov 2012

29.11.12.1Sentyabrın 29-da "Azərikimya" İstehsalat Birliyinin konfrans zalında "İş yerlərində qadınların diskriminasiyasına qarşı mübarizədə həmkarlar ittifaqlarının rolu" mövzusunda seminar keçirilmişdir. Beynəlxalq Əmək Təşkilatının dəstəyi, AHİK-in təşkilatçılığı ilə baş tutan tədbirə ölkəmizin şimal zonasında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin gender məsələləri üzrə komissiyalarının sədrləri, üzvləri dəvət olunmuşdur.

AHİK-in katibi-aparat rəhbəri Həsən Cəfərov ilk olaraq seminarın məqsəd və vəzifələri barədə məlumat vermiş, Konfederasiyanın İcraiyyə Komitəsinin gündəlikdə duran məsələ ilə bağlı qəbul etdiyi qərarlar və onların icra səviyyəsindən danışmışdır. Qeyd etmişdir ki, “həmkarlar ittifaqları qadınların diskriminasiyasının qarşısını almaq üçün kifayət qədər yüksək imkanlara malikdir. Təşkilatımızın geniş struktur şəbəkəsi var. Yerli, ilk təşkilatların vasitəsilə ölkənin ən ucqarlarında belə gender tarazlığının, qadınların əmək, ailə və sair hüquqlarının pozulmasına həmişə dözümsüzlük göstərmişik”.

H. Cəfərov seminar iştirakçılarına "AHİK-in gender siyasəti" konsepsiyasını xatırladaraq demişdir ki, “konsepsiya ailədə, siyasi və ictimai qurumlarda, iqtisadiyyatda kişi və qadınların real sosial bərabərliyi işində həmkarlar ittifaqlarının strategiyasını, rolunu və fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. Neçə illərdir uğurlu fəaliyyət göstərən Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəz konsepsiyasının həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır”.

H. Cəfərov çıxışında həmkarlar ittifaqı liderlərinə və fəallarına tövsiyə etmişdir ki, “fəaliyyətlərində qadın problemlərinə xüsusi yer ayırsınlar. Daha çox maarifləndirmə işinə üstünlük versinlər. Maarifləndirmə dedikdə təkcə yığıncaqlar, quru ifadələrlə, kitab cümlələri ilə yazılıb oxunan çıxışlar nəzərdə tutulmamalıdır. Maarifləndirmənin təbii, birbaşa ünsiyyətə əsaslanan formaları tapılıb reallaşdırılmalıdır”.

AHİK katibi onu da vurğulamışdır ki, “yerlərdə, ilk təşkilatlarda qadınların rəhbər vəzifələrə çəkilməsi gender probleminin həllini asanlaşdıran addımlardan olardı.

29.11.12 29.11.12.2

O, çıxışının sonunda bildirdi ki, belə seminarların uğuru müzakirəyə çıxarılan məsələlərin tətbiqi dərəcəsindən asılıdır. Güman edirəm ki, seminarımızın iştirakçıları gələcəkdə burada səslənən fikirləri əməli fəaliyyətə çevirəcəklər”.

Sonra AHİK-in hüquq şöbəsinin mütəxəssisi Könül Ələkbərova "İş yerlərində diskriminasiya sahəsində dövlət siyasəti", təşkilat işləri və mətbuat şöbəsinin müdir müavini Əli Cəfərov "İş yerlərində qadınların diskriminasiyasına qarşı mübarizədə həmkarlar ittifaqlarının vəziəfələri" mövzularında məruzələr etmişdir.

Məruzələr ətrafında çıxışlar və tədbir iştirakçılarının təklifləri dinlənilmişdir.

img alt=