Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş
09 Sep 2016
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyevin Qarabağ müharibəsi əlillərinin və iştirakçılarının, şəhid ailələrinin, eləcə də əmək veteranlarının bir qrupu ilə görüşüb.
S.Mehbalıyev
müqəddəs Qurban
bayramı münasibətilə təbrik edib, onların hər birini ayrı-ayrılıqda dinləyib,
güzəranları, iş, məişət qayğıları ilə maraqlanıb.
Sədr deyib
ki, son illərdə Azərbaycanda dövlət tərəfindən onların sosial rifahının yüksəldilməsi
istiqamətində mühüm addımlar atılıb, əlillərin müalicəsi, reabilitasiyası,
sosial təminatı ildən-ilə yaxşılaşdırılıb.
Millət vəkili
Qarabağ əlillərinin, eləcə də şəhid ailələrinin, aztəminatlı ailələrin problemlərinin
həmişə həmkarlar ittifaqlarının diqqətində olduğunu bildirib: "AHİK
Qarabağ döyüşçülərinə, əlillərinə, şəhid ailələrinə həmişə diqqət və qayğı göstərib.
Bu, bizim müqəddəs borcumuzdur.
Görüşdə
iştirak edənlər göstərilən qayğı və diqqətə görə AHİK sədrinə öz minnətdarlıqlarını
bildiriblər.
Sonda onların hər
birinə bayram münasibətilə maddi yardım edilib.