Qazilərimizə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib
26 May 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qazilərin sosial dəstəklə təminatı işləri çərçivəsində bu gün Vətən müharibəsi qazilərindən daha iki nəfərinə kiçik biznes sahələri yaratmaları üçün aktivlər təqdim edilib
Müharibə əlilləri Camal Alxasov, Fərrux Rzayev
avtoyuma, Pərvin Rzayev, isə dönər istehsalı üzrə kiçik biznes fəaliyyətlərini
qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin
olunublar. Aktivlər Nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi
sahəsində əməkdaşlıq çərçivəsində verilib.
Camal Alxasov bir qədər əvvəl Nazirlik tərəfindən
mühərrikli təkərli oturacaqla təmin edilib, həmçinin onun yüksək texnologiyalı
protezlə təminatı üçün də işlər aparılır.
Ümumilikdə postmüharibə dövründə icra
olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və
yaxınlarından ibarət 6 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib.
Onlardan 4666 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub, 430 nəfərə münasib
işlərə göndəriş verilib, 930 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb
edilib.