“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” - Mehriban Əliyeva
29 Sep 2020
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan ordusunun əsgərləri və şəhidlərimizlə bağlı rəsmi "Facebook" səhifəsində paylaşım edib.
Birinci vitse-prezident paylaşımında yazıb:
"Azərbaycan
dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa
qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq
basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!
Ermənistanın
növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə
edərək, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini
azad edir.
Azərbaycan
dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş
etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm.
İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana
minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya
qürur hissi yaşadır.
Azərbaycanın
bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!
Bu gün
biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş
birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar
olsun!
Qoy
Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!
Allah
şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!".