AZ | RU | EN
AZ | EN | RU

Qurultayda qoyulan məsələlərə baxıldı

05 Nov 2019

Noyabrın 5-6-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İctimai Xidmətlər Həmkarlar İttifaqı Birliyinin (EPSU) İcraiyyə Komitəsinin 63-cü iclası keçirilmişdir.

Tədbirdə Birliyin Baş katibi Yan Villem Qudrian hesabat məruzəsi ilə çıxış etmişdir. O, təşkilatın bu il keçirilmiş sonuncu qurultayında müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsinə diqqət çəkmiş, üzv təşkilatlarda baş verən dəyişikliklərin statistikasını təqdim etmişdir. Ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə görülən işlərdən danışmışdır.
İclasda qonaq qismində iştirak edən Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini çıxışında demişdir ki, EPSU bizim təşkilatın tərkib hissəsi olmaqla qitədə gedən iqtisadi, sosial proseslərdə fəal iştirak edir. Təsadüfi deyil ki, hər iki qurumun müzakirəyə çıxardığı məsələlər, o cümlədən problemlər həmişə Avropa Komissiyasının maraq dairəsində olur.
Sonra gündəmdə olan “Rəqəmsallaşdırma” mövzusunun ətrafında müxtəlif ölkə nümayəndələrinin fikirləri səsləndirilib.
Müzakirələrdə EPSU-nun İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, EPSU-nun Daimi Komitəsinin üzvü, Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov da fəal iştirak ediblər.

FAYDALI KEÇİDLƏR