AZ | RU | EN
AZ | EN | RU

Regionlarda maarifləndirmə missiyası davam etdirilir

09 Dec 2013

Geniş məruzə ilə təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov və əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradov çıxış etmişlər. Əli Cəfərov təşkilatın boy artımı istiqamətində qarşıya qoyulmuş vəzifələri dinləyicilərə çatdırmışdır.

Qurultayda ölkə iqtisadiyyatının sürətli inkişafı xüsusi qeyd edilməsini diqqətə çatdıran məruzəçi bildirmişdir ki, iqtisadiyyatın inkişafı işləyən əhalinin say tərkibinin artması deməkdir. Bu artım özünü həmkarlar ittifaqının sıralarında da göstərməlidir. Təşkilatımıza işləyən təbəqənin cəlb edilməsi, qurultayda deyildiyi kimi, ilk növbədə insanlarla ünsiyyət qurmaq, onların problemlərinin həllində fədakarlıq göstərməkdən asılıdır. Biz üzvlərimizin qayğısına qalmaqla ətrafdakı işçilərin də diqqətini cəlb edə bilərik. Ə.Cəfərov sonra demişdir ki, qurultay bizə tövsiyə edib ki, həmkarlar ittifaqları vahid orqanizm olaraq fəaliyyət göstərməlidir. Bütün strukturlar əlaqəli şəkildə işləməli, bir-birindən yaxşı təcrübəni öyrənməli,  dünya təcrübəsinə yiyələnməli, təbliğat, təşkilat işlərini yorulmadan həyata keçirməli, cəmiyyətin bütün təbəqələrinə nüfuz etməlidirlər. Bütün bunlar qurultayın materiallarında öz əksini tapmışdır.

salyan1 salyan

kurdemir1 kurdemir

goycay1

Nadir Muradov isə öz çıxışında istehsalatda əməyin mühafizəsi və risklərin qiymətləndirilməsi mövzusunda iştirakçılara məlumat vermişdir.Q anunvericilikdə əməyin mühafizəsi anlayışının izahını vermiş, risklərin qiymətləndirilməsində həmkarlar ittifaqı təşkilatlarını hansı addımları atmalı olduqlarını diqqətə çatdırmışdır. 

Tədbirdə dinləyicilərin fikirləri, təklifləri, problemləri öyrənilmişdir.

FAYDALI KEÇİDLƏR